Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışı prosesi başlayıb.
Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzilin, ümumilikdə 535 mənzilin satışı bu gün saat 11:00-dan 16:00-dək davam edəcək.