Türkiyədə keçmiş baş nazir, hazırda müxalif cəbhədə təmsil olunan Əhməd Davudoğlu barəsində cinayət işi başladılıb. Buna isə onun hakim AK Parti və ölkə rəhbərliyi barədə səsləndirdiyi fikirlərin səbəb olduğu deyilir. Belə ki, sözügedən videoyazıda Əhməd Davudoğlu ölkənin “üçlü çete” tərəfindən idarə olunduğunu və onların “sayəsində” ölkənin 10 il geri getdiyini bildirir.
“Üçlü çete” deyiminə aydınlıq gətirən Ə.Davudoğlu deyir: “Kimdir bunlar? Birisi düşük reytinqli, Hollandiyada 28 min dollar sərvəti olan və buna heç bir şərh verə bilməyən cumhur başkanı, digəri 90-ların bütün kirli işlərini görərək AK Partiyə sızmış daxili işlər naziri, birisi də qaynatasına güvənərək ölkənin gələcək liderliyinə can atan xəyalpərəst kürəkən. Və bu “üçlü çete” Türkiyənin tam 10 il geri düşməsinə səbəb oldu”…
Görünür, ölkə rəhbərliyinə qarşı açıq suçlamaları Ə.Davudoğlunun yolunu məhkəmədən salmasına səbəb olub…
Əli TURABOV