Ukrayna Rusiyaya atəşkəs təklifi təqdim edib və bu təklif Rusiya lideri Vladimir Putinə çatdırılıb, lakin Moskva cavab verməyib.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirilo Budanov təklifin təkcə Ukraynaya zərbələrin dayandırılması ilə deyil, həm də təmas xətti boyunca döyüşlərin dayandırılması ilə bağlı olduğunu bildirib.
ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkov və kürəkəni Cared Kuşnerin Rusiyaya səfəri başlayıb. Onların Moskvadan sonra Ukraynaya səfər edəcəyini deyən Budanov, ABŞ administrasiyasının nümayəndələri paytaxtda olacağı üçün Rusiya qüvvələrinin 6 sentyabrda Kiyevə hücum etməyəcəyini gözlədiklərini deyib.
Tahir TAĞIYEV