Hakim Serbiya Mütərəqqi Partiyası (SNS), partiya növbədənkənar parlament seçkilərində qalib gələcəyi təqdirdə Serbiya prezidenti Aleksandr Vuçiçin baş nazir olmasını rəsmi olaraq təklif edib.
Məlumata görə, Vuçiç özü seçki kampaniyasına rəhbərlik etmək üçün yaxın günlərdə parlamenti buraxacağını və prezident vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Seçkilərin 25 oktyabrda keçirilməsi gözlənilir. Vuçiç əvvəllər seçkiləri 9 və ya 10 sentyabrdan gec olmayaraq təyin edəcəyini bildirmişdi. O, həmçinin qalib gələcəyi təqdirdə baş nazir və ən çoxu 12 nazirdən ibarət hökumət qurmaq niyyətində olduğunu bildirmişdi.
Tahir TAĞIYEV