İnterfaks agentliyinin aviasiya xidmətlərindəki mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşneri daşıyan biznes təyyarəsi Moskvaya gəlib.
Agentliyin mənbəsi bildirib ki, təyyarə Vnukovo hava limanına eniş edib.
Dünən Uitkoff və Kuşnerin Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün həftəsonu Moskva və Kiyevə səfər edəcəyi bildirilmişdi.
ABŞ prezidenti Donald Tramp bildirib ki, nümayəndələri Moskva və Kiyevə müharibəyə son qoymaq üçün təklif təqdim edəcəklər.
Trampın elçilərinin Moskvadan sonra Kiyevə gedəcəyi gözlənilir
Tahir TAĞIYEV