çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Paşinyan özü üçün “ən real variantı” seçdi - Putininsə variant seçmə imkanını “qeyri-real” hesab etdi...

Image


Qulamhüseyn Əlibəyli: “Konsessiya hüququ Rusiyanın istədiyi ölkəyə və Moskvanın müəyyən etdiyi şərtlər çərçivəsində verilə bilər”

Rusiyanın Ermənistan dəmir yolları üzrə konsessiya hüququnu üçüncü ölkəyə verməsi İrəvan üçün ən yaxşı variantdır. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan keçirilən brifinqdə Bişkekdə Putinlə baş tutmuş görüşünü şərh edərkən bildirib.

Daha sonra Paşinyan bunları qeyd edib: “Dəmir yolları məsələsini müzakirə etdik. Bu məsələnin öz həllini tapması ilə bağlı qarşılıqlı anlaşma var. Mövcud vəziyyət uzun müddət davam edə bilməz və qərarlar qəbul etmək lazımdır”.

Onun sözlərinə görə, Ermənistan və Rusiya məsələnin həlli yollarından birinin konsessiya hüququnun hər iki ölkə üçün məqbul olan üçüncü ölkəyə satılması olduğunu başa düşür: “Bu, ən yaxşı qərardır. Digər variantlar mənim üçün qeyri-realdır”.

Maraqlıdır, Rusiya bu varianta razılaşarmı? Yəni Ermənistan dəmir yolları üzrə konsessiya hüququnu üçüncü ölkəyə verilməsinə gedərmi?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Paşinyanın Rusiya ilə münasibətlərdə dəmir yolunun konsessiyası ilə əlaqədar məsələni növbəti dəfə gündəmə gətirməsi ilk baxışdan sadə texniki-iqtisadi məsələ kimi görünsə də mahiyyətcə bundan xeyli fərqli və problemli təsiri bağışlayır: “Belə ki, burada söhbət yalnız Ermənistan dəmir yollarının kim tərəfindən idarə olunacağından getmir. Söhbət Rusiyanın Cənubi Qafqazdakı iqtisadi və strateji mövcudluğunun mühüm dayaqlarından birinin gələcəyindən gedir. Ermənistan dəmir yolu sistemi 2008-ci ildə 30 illik konsessiya müqaviləsi əsasında Rusiyanın nəzarətinə verilib. Bu müddət başa çatdıqdan sonra müqavilənin uzadılması imkanı da nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, Ermənistan dəmir yollarının konsessiyası bu gün Rusiya üçün sadəcə kommersiya məsələsi deyil. Bu, Cənubi Qafqazda geosiyasi və geoiqtisadi iştirakın real mexanizmlərindən birinə çevrilib. Bu regionda formalaşmış yeni geosiyasi reallıqlarla və regionun nəqliyyat xəritəsi sürətlə dəyişilməsi ilə əlaqədardır. Belə ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsi, kommunikasiyaların açılması perspektivi, Türkiyə istiqamətində yeni imkanlar, Ermənistanın tədricən Rusiyadan uzaqlaşaraq Avropaya yaxınlaşma siyasəti bu ölkənin dəmir yolları sistemini gələcəkdə daha böyük regional layihənin tərkib hissəsinə çevirə bilər. Belə bir şəraitdə Rusiyanın Ermənistan dəmir yolundan çıxması onun yalnız bir konsessiyanı itirməsi kimi yox, həm də gələcək regional nəqliyyat sistemində təsir imkanlarından birini də itirməsi ilə nəticələnəcək”.

Q. Əlibəylinin fikrincə, ilk baxışdan paradoksal görünsə də Rusiya tərəfindən konsessiya hüququnun başqa dövlətə verilməsi imkanı hüquqi və siyasi cəhətdən mümkün görünür: “Belə ki, konsessiya müqaviləsində nəzərdə tutulur ki, Ermənistanın razılığı olmadan Rusiya konsessiya hüququnu 3-cü dövlətə verə bilməz. Deməli, Ermənistanın razılığı ilə konsessiya hüququ başqa dövlətə verilə bilər. Bundan başqa, regional kommunikasiyaların açılması və regionun nəqliyyat xəritəsinin sürətlə dəyişilməsi fonunda Ermənistan dəmir yolları sisteminin əsaslı şəkildə yenidən qurulması, yeni infrastrukturların yaradılması zərurətə çevrilir. Ukraynaya təcavüz və müharibənin 5 ilə yaxın müddətdə davam etməsi, tətbiq edilən sanksiyalar Rusiya üçün təkcə siyasi deyil, həm də ciddi iqtisadi problemlər yaratdığından Ermənistan dəmir yollarının Rusiya tərəfindən yenidən qurulması inandırıcı görünmür. Məhz buna görə Ermənistan dəmiryollarının konsessiya hüququnun Rusiya tərəfindən müəyyən şərtlər daxilində üçüncü ölkəyə verilməsi ehtimal edilən və kompromis variant kimi nəzərdən keçirilə bilər. Müqavilənin şərtlərinə uyğun olaraq konsessiya hüququ Ermənistanın razılığı ilə Rusiya tərəfindən verilməli olduğu üçün həmin 3-cü tərəf hər 2 dövləti qane edən olmalıdır. Bunun müqabilində Rusiya öz şirkətlərinin yükdaşıma və tranzit imkanları qorunması, əvvəlki investisiyaların nəzərə alınması, Rusiya ilə Ermənistan arasındakı dəmir yolu əlaqələrinin hüquqi və texniki təminatları saxlanmasını, yeni operatorun Rusiyaya qarşı sanksiya siyasətinin alətinə çevrilməməsi üçün təminatlar əldə edə bilər. Başqa sözlə, Rusiya tərəfdən dəmir yollarının konsessiyanın üçüncü ölkəyə verilməsi mümkündür. Lakin konsessiya hüququ Rusiyanın istədiyi ölkəyə və Moskvanın müəyyən etdiyi şərtlər çərçivəsində verilə bilər. Burada maraqlı bir məqamı da qeyd etmək yerinə düşər. Rusiya nəqliyyat naziri Andrey Nikitin sentyabrın 1-də bildirib ki, Moskva Ermənistanla əvvəlki kimi işləyir və konsessiya üzrə öhdəliklərini yerinə yetirir. Daha sonra Baş nazirin müavini Aleksey Overçuk da İrəvanın məsələ ilə bağlı Moskvaya rəsmi müraciət etmədiyini deyib; bu mahiyyət etibarilə Rusiynın konesiya hüququnu 3-cü dövlətə vermək barədə danışıqlara başlamaqdan imtina etməməsinin göstəricisi kimi də qiymətləndirilə bilər. Yəni Rusiya məsələnin müzakirəsini əvvəlcədən rədd etmək istəmir. Bu isə öz növbəsində sövdələşmə üçün imkanların qaldığını göstərir.

Beləliklə, hesab edirəm ki, Rusiyanın əsas məqsədi dəmir yollarının konsessiya hüququnu nəyin bahasına olursa-olsun saxlamaq deyil. Əsas məqsəd konsessiyanı itirsə belə, strateji maraqlarını itirməməkdir. Əgər Rusiya yeni operatorun seçilməsi prosesində iştirak edə bilirsə, iqtisadi maraqlarını qoruya bilirsə və Ermənistan dəmir yolu gələcəkdə Rusiyanın regional nəqliyyat marşrutlarından tamamilə çıxarılmasına xidmət etmirsə, kompromisə gedə bilər. Belə halda konsessiya hüququnun üçüncü ölkəyə verilməsi Rusiya üçün məğlubiyyət kimi deyil, məqsədyönlü və idarə olunan geri çəkilmə kimi təqdim oluna bilər”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ