Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlük prosesini üçüncü dəfə bloklayıb. Belə ki, Budapeşt Aİ-nin Genişlənmə üzrə İşçi Qrupunun iclasında Ukraynanın ikinci və üçüncü danışıqlar klasterləri üzrə nəticələrin təsdiqlənməsinə razılıq verməyib.
Macarıstan mövqeyini Ukraynadakı macar milli azlığının hüquqları ilə əlaqələndirir. Macarıstanın Baş naziri Macyar Transkarpatiyada yaşayan macarların təhsil, mədəniyyət, dil və siyasi hüquqlarının genişləndirilməsini tələb edir. Bildirilir ki, Kiyev bu sahədə addımları atmayana qədər Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarında irəliləyişə dəstək verməyəcək.
ZÜMRÜD