Cümə günü, 23 oktyabr 2026
     

Minatənizləmə üzrə beynəlxalq Bakı konfransının yekun sənədində mühüm maddə...

Image


Bakıda 2–3 sentyabr tarixlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Mina Təhlükəsi üzrə Konfrans başa çatıb. “Humanitar minatəmizləmə və şəhərlərin bərpası: təhlükəsiz yaşayış məntəqələri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusuna həsr olunan tədbirdə 60 ölkədən 400-dən çox nümayəndə iştirak edib.

Konfransda əsas diqqət minalardan təmizləmənin postmünaqişə dövründə şəhərlərin və yaşayış məntəqələrinin bərpası üçün əhəmiyyətinə, beynəlxalq əməkdaşlıq və donor mexanizmlərinə, yeni texnologiyaların tətbiqinə, dayanıqlı icmaların yaradılmasına və minatəmizləmə fəaliyyətinin uzunmüddətli inkişaf strategiyalarına inteqrasiyasına yönəlib. Tədbirin ikinci günündə xüsusilə vurğulanıb ki, mina problemi yalnız humanitar məsələ deyil, həm də sülh quruculuğu, insanların təhlükəsizliyi, keçmiş məcburi köçkünlərin geri qayıdışı və iqtisadi inkişafla birbaşa bağlıdır.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, müharibənin atəş səsləri dayansa da, minaların yaratdığı təhlükə hələ də davam edir. Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətə minatəmizləmə işlərinə uzunmüddətli və proqnozlaşdırıla bilən maliyyə dəstəyinin artırılması çağırışı edib. Burada söhbət yalnız birdəfəlik yardımdan deyil, işçi qüvvəsinin hazırlanması, texnikanın alınması və minatəmizləmə prosesinin sürətləndirilməsi üçün çoxillik maliyyələşmə mexanizminin yaradılmasından gedir.

Konfransda Azərbaycanın üzləşdiyi mina probleminin miqyası da diqqətə çatdırılıb. ANAMA-nın məlumatına görə, Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə 298 min hektardan çox ərazi təmizlənib, 260 mindən çox mina və digər partlayıcı sursat zərərsizləşdirilib. Bu rəqəmlər problemin miqyasını göstərməklə yanaşı, Azərbaycanın minatəmizləmə işlərinin böyük hissəsini öz resursları hesabına həyata keçirdiyini də ortaya qoyur.

Konfransın sonunda yekun bəyannamə qəbul edilib. Sənəddə humanitar minatəmizləmənin təhlükəsiz şəhər və yaşayış məntəqələrinin yaradılması, postmünaqişə bərpası, dayanıqlı inkişaf və sülh quruculuğu ilə əlaqələndirilməsinin əhəmiyyəti vurğulanıb. Lakin bəyannamənin tam mətninə baxdıqda, Azərbaycana beynəlxalq yardımın yetərsizliyi açıq və sərt şəkildə tənqid olunmayıb. Sənəd əsasən diplomatik və ümumi həmrəylik dili ilə hazırlanıb. Azərbaycanın təcrübəsi tanınır, ölkəyə həmrəylik ifadə edilir və beynəlxalq ictimaiyyət Azərbaycandakı minatəmizləmə səylərini “daha da dəstəkləməyə” çağırılır.

Məhz “daha da dəstəkləməyə çağırış” ifadəsi müəyyən mənada mövcud dəstəyin kifayət qədər olmadığını göstərən dolayı mesaj kimi qiymətləndirilə bilər. Lakin burada söhbət konkret tənqiddən deyil, diplomatik formuladan gedir. Eyni yanaşma bəyanatın donor dəstəyinin bərpa və yenidənqurma prioritetləri ilə “daha yaxşı uyğunlaşdırılmasına ehtiyac olduğu” barədə müddəasında da özünü göstərir. Bu ifadə mövcud maliyyələşmənin strukturunda müəyyən problemlərin olduğunu dolayısı ilə qəbul etsə də, “Azərbaycana real yardım göstərilmir” kimi konkret qiymətləndirmə sənəddə yer almayıb.

Konfrans zamanı səsləndirilən bəzi daha konkret fikirlər də yekun bəyannaməyə daxil edilməyib. Məsələn, Ermənistanın dəqiq mina xəritələrini təqdim etməməsinin təmizləmə prosesini ləngitməsi ilə bağlı fikirlər ayrıca çıxışlarda səsləndirilib və sənəddə konkret fakt kimi əks olunmayıb. Bu da göstərir ki, yekun bəyannamə daha çox ümumi prinsipləri, beynəlxalq həmrəyliyi və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən siyasi-diplomatik sənəd xarakteri daşıyır.

Bununla belə, məsələnin belə bir beynəlxalq sənəddə əks olunmasının Azərbaycan üçün əhəmiyyəti az deyil. Ən mühüm məqam ondan ibarətdir ki, mina probleminin həlli və donor dəstəyinin artırılması məsələsi artıq yalnız Azərbaycanın çağırışı kimi qalmır. BMT nümayəndəliyinin iştirakı ilə keçirilən beynəlxalq konfransın yekun sənədində bu istiqamətdə ehtiyacların və dəstəyin artırılması çağırışının yer alması gələcək diplomatik və maliyyə müzakirələri üçün istinad nöqtəsi yaradır.

Azərbaycan gələcəkdə donor ölkələr və beynəlxalq təşkilatlarla danışıqlarda həmin sənədə istinad edərək problemin miqyasını, görülən işləri və beynəlxalq dəstəyin artırılmasına ehtiyacı daha əsaslandırılmış şəkildə ortaya qoya bilər. Başqa sözlə, məsələ beynəlxalq sənəddə əksini tapdıqda “Azərbaycan özü yardım istəyir” yanaşmasından “beynəlxalq ictimaiyyət bu problemin həlli üçün daha geniş dəstəyə ehtiyac olduğunu sənədləşdirib” yanaşmasına keçmək mümkün olur.

Bundan əlavə, yekun sənəd gələcək hesabatlarda, beynəlxalq donor proqramlarında və maliyyələşmə mexanizmlərinin formalaşdırılmasında siyasi arqument kimi istifadə oluna bilər. Xüsusilə donor dəstəyinin bərpa və yenidənqurma prioritetləri ilə daha yaxşı əlaqələndirilməsi barədə müddəa gələcəkdə maliyyə və texniki yardımın konkret ehtiyaclara yönəldilməsi üçün əsas yarada bilər.

Bu baxımdan, yekun bəyannamədə Azərbaycanın üzləşdiyi problemin birbaşa tənqid formasında ifadə olunmaması müəyyən çatışmazlıq sayıla bilər. Çünki konkret rəqəmlər, maliyyə yükü və beynəlxalq yardımın real səviyyəsi sənəddə daha açıq göstərilsəydi, Azərbaycanın gələcək tələbləri üçün daha güclü arqument bazası yaranardı. Ancaq diplomatik sənədlərin mahiyyəti nəzərə alındıqda, ümumi və yumşaq ifadələrin seçilməsi də təəccüblü deyil. Belə sənədlər adətən tərəflərin razılaşa biləcəyi ortaq mövqeni əks etdirir və konkret dövlətləri birbaşa ittiham etməkdən çəkinir.

Nəticə etibarilə, Bakı konfransının əsas nəticəsi yalnız yekun bəyannamənin qəbul edilməsi deyil, mina probleminin beynəlxalq gündəmdə saxlanılması və minatəmizləmənin sülh, təhlükəsizlik, bərpa və dayanıqlı inkişaf məsələləri ilə əlaqələndirilməsidir. Azərbaycan üçün növbəti mərhələdə əsas məsələ isə bu siyasi və diplomatik dəstəyi konkret nəticələrə – uzunmüddətli maliyyələşməyə, yeni texnologiyalara, texniki avadanlıqlara və beynəlxalq donorların daha böyük öhdəliklərinə çevirmək olacaq.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ