ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının adının dəyişdirilməsini təklif edib. O, bildirib ki, artıq ərazi ABŞ-ın nəzarəti altında olduğundan ona yeni ad verilə bilər.
"İndi ABŞ-ın nəzarətində olduğuna görə, Hörmüz boğazının adını Tramp Strayt qoymalı deyilikmi??? Amerikanın özü kimi, bura da əvvəlkindən daha isti olacaq!", - deyə Tramp "Truth Social"da yazıb.
ABŞ prezidenti əvvəllər dəfələrlə sosial mediada Hörmüz boğazının xəritələrini dərc edərək, onu "ABŞ ərazisi" adlandırıb.
Tahir TAĞIYEV