Fransanın Sen-Just-Sen-Rambert kommunasının meri Olivye Joli zolaqlı ağcaqanadların şəhər üzərindən uçmasını qadağan edib. BFMTV-nin məlumatına görə, o, fərmanı 1 sentyabrda imzalayıb. Meriya da qadağanı elan edib. Fərmanda deyilir: "Müəyyən edilmiş tələblərə cavab verməyən hər hansı bir zolaqlı ağcaqanada qarşı cinayət işi qaldırılacaq". Qeyri-adi qərara sakinlərin həşərat sancmaları və açıq havada dinc vaxt keçirə bilməmələri ilə bağlı şikayətləri səbəb olub.
SAMİRƏ