şənbə günü, 24 oktyabr 2026
     

Ermənistanın Rusiya ilə AB arasında seçimi və Azərbaycanın böyük layihələrinə təsir - şərh...

Image


Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlaması ilə bağlı qanunun qəbul edilməsinin ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması anlamına gəldiyini bildirib. Putin Ermənistanın həm Aİ, həm də Aİİ-də eyni vaxtda üzv olmasının mümkün olmadığını vurğulayıb və bu məsələ ilə bağlı referendum keçirilməsini təklif edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə İrəvanın Rusiya və Aİİ qarşısında götürdüyü öhdəlikləri araşdırdığını və onların pozulmasına dair hər hansı hal aşkar etmədiyini bildirib. Paşinyanın sözlərinə görə, Ermənistanın 2025-ci ildə qəbul etdiyi Avropaya inteqrasiya haqqında qanun Aİİ-dən çıxmaq barədə qərar deyil.

Ermənistanın Aİ ilə yaxınlaşması son dövrdə sürətlənib. Paşinyan avqustun 24-də Aİ-yə üzvlük üçün müraciət prosesinə başlamaq niyyətini açıqlayıb. Avropa Komissiyası isə Ermənistanın Aİ-yə əvvəlkindən daha yaxın olduğunu, lakin üzvlük prosesinin müəyyən edilmiş prosedurlar və namizəd ölkənin göstəriciləri əsasında aparıldığını bildirib.

Moskva isə Ermənistanın Avropaya inteqrasiya istiqamətində atdığı addımları Aİİ ilə münasibətlər baxımından ciddi məsələ kimi qiymətləndirir. Putin daha əvvəl də Aİ və Aİİ üzvlüyünün uzlaşdırılmasının mümkün olmadığını bildirmişdi. Sentyabrın 1-də Bişkekdə Putin və Paşinyan arasında keçirilən görüşdə də əsas müzakirə mövzularından biri Ermənistanın Aİ-yə inteqrasiya planları olub.

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar fonunda Rusiya ilə Aİİ arasında seçim gündəmə gələrsə, bu proses Azərbaycanın regiondakı nəqliyyat və tranzit imkanlarına, xüsusilə Orta Dəhliz və Azərbaycan üzərindən yükdaşımalarına necə təsir göstərə bilər?

Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu sürətləndirməsi artıq yalnız İrəvanla Brüssel arasındakı münasibətlər çərçivəsində qiymətləndirilə biləcək məsələ deyil. Bu proses Cənubi Qafqazın geosiyasi və geoiqtisadi arxitekturasına, regional güc balansına, eləcə də nəqliyyat-kommunikasiya xəritəsinə birbaşa təsir göstərə biləcək mühüm amilə çevrilir.

Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın eyni vaxtda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi İttifaqında üzv olmasının mümkün olmadığını bildirməsi Moskvanın İrəvanın Avropaya inteqrasiya istiqamətində atdığı addımlara ciddi yanaşdığını göstərir. Ermənistan Baş naziri Nikol Paşinyanın isə Avropaya inteqrasiya haqqında qəbul edilən qanunun Aİİ-dən çıxmaq qərarı olmadığını vurğulaması göstərir ki, İrəvan hələlik Moskva və Brüssel arasında manevr imkanlarını qorumağa çalışır.

Bəhruz Quliyev: "Ermənistanın Moskva ilə Brüssel arasında qarşılaşacağı seçim Azərbaycanın qarşısında yeni imkanlar yaradır"

Bəhruz Quliyev:

"Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev hesab edir ki, burada əsas məsələ Ermənistanın hazırkı bəyanatlarından daha çox, prosesin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyidir.

Onun sözlərinə görə, Ermənistan gələcəkdə Aİ ilə inteqrasiyanı strateji seçimə çevirərsə və bunun nəticəsində Aİİ-dən çıxmaq məsələsi rəsmiləşərsə, bu, ölkənin xarici iqtisadi əlaqələrinin və nəqliyyat-logistika sisteminin yenidən qurulmasını zəruri edə bilər: "Ermənistanın Rusiya və Aİİ məkanından uzaqlaşması onun yeni bazarlara, yeni logistika marşrutlarına və Qərb istiqamətli nəqliyyat bağlantılarına ehtiyacını artıracaq. Bu baxımdan Ermənistanın Avropaya inteqrasiya prosesi təkcə siyasi deyil, həm də ciddi geoiqtisadi nəticələr yarada bilər".

Ekspertin fikrincə, belə bir ssenaridə Azərbaycanın geostrateji və tranzit əhəmiyyəti daha da arta bilər. Çünki Azərbaycan artıq Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevrilib. Xəzər üzərindən Mərkəzi Asiyadan gələn yüklərin Azərbaycan ərazisindən keçməklə Gürcüstan və Türkiyə istiqamətində Avropa bazarlarına çıxarılması Orta Dəhlizin regional və beynəlxalq əhəmiyyətini artırır.

Ermənistanın Rusiya yönümlü iqtisadi və nəqliyyat sistemindən müəyyən dərəcədə uzaqlaşması isə regionda alternativ marşrutlara tələbi yüksəldə bilər. Bu proses Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından yeni perspektivlər yaradır.

B.Quliyev bildirir ki, Azərbaycan üçün bu məsələdə iki əsas istiqamət xüsusilə diqqət çəkir. Bunlardan birincisi Orta Dəhlizdir. Rusiya ərazisindən keçən marşrutlara alternativlərin əhəmiyyət qazandığı bir şəraitdə Azərbaycan–Xəzər–Mərkəzi Asiya xətti daha cəlbedici marşruta çevrilir. Ermənistanın Avropa ilə iqtisadi əlaqələrinin genişlənməsi də gələcəkdə regional yük axınlarının şaxələndirilməsinə əlavə stimul verə bilər.

İkinci mühüm istiqamət isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmin edilməsidir. Vaşinqtonda əldə edilmiş razılaşmalar çərçivəsində gündəmə gələn TRIPP layihəsinin reallaşması regional nəqliyyat xəritəsində yeni imkanlar yarada bilər. Bu halda Azərbaycan yalnız tranzit ölkə kimi deyil, Cənubi Qafqazın formalaşmaqda olan yeni logistika sisteminin əsas iştirakçılarından biri kimi mövqeyini daha da möhkəmləndirə bilər.

Ekspert hesab edir ki, Ermənistanın Avropaya inteqrasiyası Azərbaycanın nəqliyyat imkanları üçün avtomatik olaraq mənfi nəticə demək deyil. Əksinə, Ermənistanın Qərbə açılması yeni regional bağlantıların formalaşmasına gətirib çıxararsa, bundan Azərbaycan da iqtisadi fayda əldə edə bilər.

"Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsi, yük dövriyyəsinin artması və yeni marşrutların yaranması bütövlükdə regionun nəqliyyat imkanlarına tələbi yüksəldir. Bu baxımdan Ermənistanın seçimindən daha vacib məsələ həmin prosesin hansı nəqliyyat və iqtisadi model üzərində qurulmasıdır", – deyə B.Quliyev qeyd edib.

Onun sözlərinə görə, bunun üçün əsas şərt nəqliyyat layihələrinin siyasi qarşıdurma vasitəsinə deyil, regional əməkdaşlıq və iqtisadi inkişaf alətinə çevrilməsidir. Azərbaycan da regionda kommunikasiya xətlərinin açılmasını, dövlətlərin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsini, nəqliyyat bağlantılarının isə siyasi deyil, iqtisadi məntiqlə inkişaf etdirilməsini dəstəkləyir.

Bəhruz Quliyev vurğulayıb ki, Ermənistanın Aİİ ilə Aİ arasında qarşılaşdığı seçim əslində daha böyük geosiyasi prosesin yalnız bir hissəsidir. Müasir dünyada nəqliyyat və logistika marşrutları artıq iqtisadi layihə olmaqla yanaşı, geosiyasi rəqabətin də əsas elementlərindən birinə çevrilib. Şərqlə Qərb arasındakı yük axınlarına çıxış əldə edən ölkələr həm iqtisadi, həm də siyasi baxımdan əlavə imkanlar qazanırlar.

Bu baxımdan Azərbaycanın mühüm üstünlüyü ondan ibarətdir ki, ölkə artıq formalaşmaqda olan Orta Dəhlizin əsas halqalarından birinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt nəqliyyat qovşağı, dəmir yolu infrastrukturu, avtomobil yolları və beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə artırır.

Ekspert hesab edir ki, Ermənistanın hansı iqtisadi-siyasi ittifaqa üstünlük verməsindən asılı olmayaraq, Azərbaycan öz tranzit strategiyasını daha da gücləndirməlidir. Azərbaycanın əsas hədəfi yalnız qonşu ölkələrin siyasi seçimlərinə reaksiya vermək deyil, Cənubi Qafqazın yeni nəqliyyat xəritəsinin formalaşmasında təşəbbüskar tərəf olmaqdır.

"Əslində, Ermənistanın Moskva ilə Brüssel arasında qarşılaşacağı seçim Azərbaycanın qarşısında Cənubi Qafqazda yaranan yeni geosiyasi konfiqurasiyanı iqtisadi üstünlüyə çevirmək üçün imkan yaradır. Azərbaycanın əsas gücü də məhz bundadır ki, dəyişən geosiyasi şəraitdə milli maraqlarını qorumaqla yanaşı, Şərqlə Qərb arasında etibarlı, təhlükəsiz və dayanıqlı tranzit körpüsü rolunu daha da möhkəmləndirsin", - siyasi şərhçi qeyd etdi.

B.Quliyev əlavə edib ki, Ermənistanın hansı istiqaməti seçməsindən asılı olmayaraq, Cənubi Qafqazda formalaşacaq yeni geosiyasi və geoiqtisadi düzəndə Azərbaycan amili mütləq nəzərə alınmalıdır.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ