şənbə günü, 24 oktyabr 2026
     

Tramp İranla "əbədi müharibə"yə başladı - onlarla münaqişəni bitirməyə çalışmayacağam...

Image


ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs və danışıqlar məsələsində mövqeyini sərtləşdirib. Tramp bildirib ki, Vaşinqton artıq İranı danışıqlar masasına oturtmağa çalışmır və hazırkı vəziyyətdən daha çox razıdır.

ABŞ prezidentinin sözlərinə görə, İran iqtisadiyyatı ciddi şəkildə zəifləyib və ABŞ Hörmüz boğazında üstün mövqeyə malikdir. Trampın bu açıqlaması ABŞ-İran qarşıdurmasının diplomatik yolla dayandırılması perspektivinin yaxın müddətdə zəiflədiyini göstərir.

Bu bəyanat ABŞ-ın İran üzərində hərbi və iqtisadi təzyiqi artırdığı bir vaxtda səslənib. Son günlər tərəflər arasında qarşılıqlı zərbələr yenidən intensivləşib. ABŞ İran ərazisində hərbi obyektlərə zərbələr endirib, İran isə ABŞ-ın regiondakı hərbi mövqelərinə və müttəfiqlərinə qarşı hücumlar həyata keçirib.

Trampın yeni mövqeyi İranı güzəştə məcbur etmək üçün hərbi və iqtisadi təzyiqin davam etdiriləcəyi mesajı kimi qiymətləndirilir. Bununla yanaşı, diplomatik kanalın faktiki olaraq bağlanması münaqişənin daha uzun müddət davam etməsi və regionda gərginliyin genişlənməsi riskini artırır.

ABŞ-İran qarşıdurmasının uzanması, xüsusilə Hörmüz boğazı ətrafında vəziyyəti daha həssas edir. Bu marşrutdan dünya neft ticarətinin mühüm hissəsi keçdiyindən hərbi eskalasiyanın enerji bazarlarına, neft qiymətlərinə və qlobal logistika zəncirinə təsir göstərməsi mümkündür.

Trampın "artıq İranla atəşkəs razılaşmasına nail olmaq üçün səy göstərməyəcəyik" bəyanatı ABŞ-ın diplomatik həll yolundan faktiki imtina etməsi deməkdirmi, yoxsa bu, Tehrana təzyiqi artırmaq üçün taktiki gedişdir? Bu mövqe müharibənin uzunmüddətli və nəzarətdən çıxan qarşıdurmaya çevrilməsi riskini nə qədər artırır?

Azər Həsrət: "Tramp İranı uzunmüddətli təzyiqlə taqətdən salmaq taktikasını seçib"

Azər Həsrət: Beynəlxalq təşkilatların ayrı-ayrı ölkələrdəki proseslərə yanaşmaları ikili standartlara əsaslanır - AZƏRTAC

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamalarından Vaşinqtonun əsas məqsədinin Tehranda ABŞ-la normal münasibətlər qura biləcək yeni hakimiyyətin formalaşmasına nail olmaq olduğu qənaətinə gəlmək mümkündür.

Onun sözlərinə görə, Trampın mesajlarında İran xalqının ayağa qalxaraq mövcud rejimi dəyişməsi və ölkədə dünya ilə normal danışa biləcək hakimiyyətin qurulması ideyası ön plana çıxır. Ekspert hesab edir ki, Vaşinqtonun yanaşması müəyyən mənada Venesuelada tətbiq olunan modelə bənzəyir.

"Venesuelada da ABŞ əvvəlcə sərt təzyiq siyasəti həyata keçirdi. Daha sonra isə tərəflər arasında münasibətlər normallaşmağa başladı. Hətta hazırda Venesuelanın neft ehtiyatlarının işlənməsi ilə bağlı ABŞ-la əməkdaşlıq imkanları müzakirə olunur. Deməli, ABŞ-ın əsas məqsədi müəyyən ölkələri tamamilə sıradan çıxarmaq yox, onunla normal münasibətlər qura biləcək hakimiyyətlə işləməkdir", - deyə Azər Həsrət bildirib.

Siyasi şərhçinin fikrincə, Vaşinqton İranla bağlı da məhz belə bir yanaşmadan çıxış edir. Lakin burada əsas problem İran daxilində hakimiyyətin müxtəlif qanadları arasında mövcud olan mövqe fərqləridir. Onun sözlərinə görə, İran Prezidenti və onun komandası ABŞ-la danışıqlara müəyyən qədər meyilli olduğu halda, SEPAH və ali dini rəhbərliyin mövqeyi daha sərtdir.

Azər Həsrət hesab edir ki, bu ziddiyyətlər ABŞ-İran danışıqlarının qarşısında ciddi maneə yaradır. "Prezidentin komandası Amerika ilə danışır, müəyyən razılaşmalar əldə olunur, lakin həmin razılaşmaların icrasına təminat yoxdur. Çünki SEPAH və ali dini rəhbərlik öz bildiyini edir. Belə vəziyyətdə ABŞ İranı təmsil edən tərəflə razılığa gəlsə belə, bu razılaşmanın yerinə yetiriləcəyinə necə əmin ola bilər?" - deyə siyasi şərhçi bildirib.

Ekspertin fikrincə, Trampın artıq İranla atəşkəs və razılaşma əldə olunmasına səy göstərməyəcəkləri barədə açıqlaması da məhz bu kontekstdə qiymətləndirilməlidir. Onun sözlərinə görə, Vaşinqton hesab edir ki, İran daxilində qərarların vahid mərkəzdən qəbul edilmədiyi şəraitdə əldə ediləcək hər hansı razılaşmanın uzunmüddətli olması çətindir.

Azər Həsrət əlavə edib ki, Tramp son günlər ABŞ-ın İranın hərbi və iqtisadi imkanlarını ciddi şəkildə zəiflətdiyini də xüsusi vurğulayır. Onun sözlərinə görə, ABŞ prezidenti İranın hərbi qüvvələrinin, xüsusilə dəniz və hava imkanlarının zəiflədiyini, ölkənin iqtisadi vəziyyətinin ağırlaşdığını və milli valyutanın dəyər itirdiyini önə çəkir.

Siyasi şərhçi hesab edir ki, bu, Vaşinqtonun İrana qarşı qısamüddətli deyil, uzunmüddətli təzyiq strategiyasına üstünlük verdiyini göstərir. Onun fikrincə, məqsəd İranı birbaşa genişmiqyaslı quru müharibəsi ilə məğlub etməkdən daha çox, iqtisadi və hərbi təzyiqlər vasitəsilə tədricən zəiflətmək və nəticədə hakimiyyəti güzəştə məcbur etmək ola bilər.

"Bir zamanlar SSRİ-yə tətbiq olunan və ya başqa ölkələrə qarşı istifadə edilən uzunmüddətli təzyiq siyasətində olduğu kimi, burada da əsas məqsəd qarşı tərəfi tədricən taqətdən salmaq ola bilər. İran üçün də görünür ki, belə bir taktika seçilib: uzunmüddətli təzyiqlə ölkəni iqtisadi və hərbi baxımdan zəiflətmək, nəticədə onu ABŞ-la razılaşmağa və daha böyük siyasi dəyişikliklərə getməyə məcbur etmək", - deyə Azər Həsrət vurğulayıb.

Onun sözlərinə görə, bu yanaşma həyata keçirilərsə, İran qarşısında iki əsas seçim qala bilər: ya mövcud sərt kursu davam etdirərək daha ağır iqtisadi və hərbi təzyiqlərlə üzləşmək, ya da hakimiyyət daxilində müəyyən dəyişikliklərə gedərək ABŞ və Qərblə yeni münasibətlər modelinə keçmək.

Azər Həsrətin fikrincə, Trampın hazırkı bəyanatlarının əsas mesajı məhz budur: ABŞ İranla sadəcə müvəqqəti atəşkəs əldə etməklə kifayətlənmək istəmir, Vaşinqton Tehranın gələcək siyasi kursunda daha fundamental dəyişiklik görmək istəyir.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ