Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni "fürer" adlandırıb.
"Ursula fon der Leyen - biz onu “Fürer Ursula” adlandırırıq - Aİ-nin qərarları ilə Brüsselə verilməyən, milli hökumətlərdə qalan səlahiyyətləri və gücü Avropa Komissiyasına verməyə çalışır. Və o, bunu çox aydın şəkildə nümayiş etdirir" - deyə Lavrov bildirib.
Lavrov xatırladıb ki, bir neçə il əvvəl "Şimal Axını"na hücumla bağlı suala cavab olaraq fon der Leyen avropalı seçicilərin enerji qiymətlərinin artmasından əziyyət çəkəcəklərini, lakin "Ukrayna xalqının Avropa dəyərlərini müdafiə edə bilməsi üçün əziyyət çəkməyə borclu olduqlarını" bildirmişdi.
“Və heç kim bu Avropa dəyərlərinin nə olduğunu soruşmadı. Əgər rus dilinə təhsildə, mədəniyyətdə, gündəlik həyatda və mediada qadağan edilməsi Avropa dəyərlərini əks etdirirsə, onda Avropa üçün nasizmə xoş gəlmisiniz”, - deyə Lavrov vurğulayıb.
Tahir TAĞIYEV