Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli ilə bağlı konstruktiv sülh danışıqları üçün şansın olduğunu bildirib.
"Şans varmı? Məncə, bəli, var", - deyə Putin Şərq İqtisadi Forumunun plenar iclasında “Ukrayna ilə bağlı dinc və konstruktiv danışıqların minimal perspektivinin qalıb-qalmadığı” sualına cavab olaraq bildirib.
O, həmçinin vurğulayıb ki, ilk növbədə Rusiya və Ukrayna razılığa gəlməlidir. Dövlət başçısı əlavə edib ki, Rusiya Ukrayna münaqişəsinin həllinə töhfə verməyə çalışan hər kəsə minnətdardır. Rusiya prezidenti qeyd edib ki, ABŞ və Çin kimi ölkələr bu məsələyə daim diqqət yetirir və problemin, ilk növbədə, sülh yolu ilə həll olunması üçün əllərindən gələni edirlər. "Sədr Si Cinpin də görüşlərimizdə bu məsələni daim qaldırır", - deyə Putin bildirib.
"Amma nəticə etibarilə bu problem əvvəlcə münaqişədə iştirak edən ölkələr tərəfindən həll edilməlidir. Bu, Rusiya və Ukraynadır. Bu, düzgün yanaşmadır", - deyə Rusiya lideri qeyd edib.
Tahir TAĞIYEV