ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini, lakin bu görüşün Ukraynadakı müharibənin sona çatdığı bir vaxtda keçirilməsinə üstünlük verəcəyini bildirib.
Tramp jurnalistlərə Putinlə mümkün görüş barədə sual verilərkən deyib: "Bunu sülh sazişi bağlamağa hazır olduğumuz zaman etmək istəyirəm".
Amerika prezidentinin sözlərinə görə, görüş "dərhal" təşkil edilə bilər, lakin o, münaqişənin sonu yaxınlaşana qədər gözləməyi daha məqsədəuyğun hesab edir.
"Biz Rusiya, Ukrayna və hər kəslə yaxşı münasibətlər qurmaq istəyirik. Bu, biznes üçün əla olardı" – deyə Tramp qeyd edib.
Tahir TAĞIYEV