Ankara Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyini gözləyir, lakin konkret tarix hələ razılaşdırılmayıb. Bu barədə RİA Novosti Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbəsi bildirib ki, Putinə dəvəti Ərdoğan göndərib. Lakin konkret tarixlər müzakirə olunmayıb.
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Bişkekdə danışıqlar aparıblar. Ərdoğan görüşü "səmərəli və səmimi" adlandırıb və tərəflərin bütün ikitərəfli məsələləri müzakirə etdiyini bildirib.
Tahir TAĞIYEV