Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı heç bir müzakirə aparılmayıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə Bişkekdə keçirilən görüşü və ondan sonrakı açıqlamaları şərh edərkən bildirib.
"Bu müddət ərzində Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası məsələsini heç vaxt qaldırmamışıq, amma onun mövcudluğunu vacib hesab etdiyimizi deyə bilmərik. Əgər Rusiya hərbi bazasını Ermənistan Respublikasından çıxarmaq qərarına gələrsə, biz buna etiraz etməyəcəyik. Lakin qalmaq istəyi ifadə olunarsa, biz bunu da müzakirə etməyə hazırıq, amma bu müddət ərzində bu məsələni heç vaxt qaldırmamışıq" – deyə Paşinyan qeyd edib.
Tahir TAĞIYEV