ABŞ prezidenti Donald Tramp Hörmüz boğazından neft tədarükünün İranla münaqişədən əvvəlki səviyyəyə qayıtdığını iddia edib.
Amerika lideri sosial şəbəkə hesabında bir şəkil paylaşıb. Şəkildə münaqişə başlamazdan əvvəl bu rəqəm 20 milyon barel idisə, hazırda boğazdan təxminən 18 milyon barel neft keçir.
Trampın paylaşdığı şəkildə "Hörmüz boğazında neft həcmləri geri döndü!" qeydi də yer alıb.
Bir gün əvvəl CNN iki ABŞ rəsmisinə istinadən xəbər vermişdi ki, ABŞ ordusu təxminən 18 milyon barel neft daşıyan 40 ticarət gəmisini Hörmüz boğazından keçirib. Bu həcm münaqişənin başlamasından bəri ən yüksək göstərici olub. Münaqişədən əvvəl boğazdan gündəlik təxminən 20 milyon barel neft və neft məhsulları keçirdi.
Tahir TAĞIYEV