Cümə günü, 06 noyabr 2026
     

Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Image


Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sosial xidmətin səviyyəsinin yüksəldilməsi, bir sözlə, vətəndaş məmnunluğunun artırılması dövlətin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu son 23 ilə yaxın dövr ərzində uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi və hazırda reallıqda öz əksini tapan “Biz neft kapitalını insan kapitalına çevirməliyik!” çağırışı özündə əsas məqamları ehtiva edir. Təbii ki, burada söhbət insan amilinə verilən dəyərdən, ölkə əhalisinə göstərilən yüksək diqqət və qayğıdan gedir.

Dövlət başçısı İlham Əliyev, həmçinin bu çağırışı da edib ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəflər regionların malik olduğu potensialdan səmərəli istifadəni bir tələb kimi qarşıya qoydu. Bunun üçün Prezident İlham Əliyevin sərəncamları ilə Regional inkişaf Proqramları təsdiqləndi və uğurla icra edildi. Həmin sənədlərdə hər bir bölgənin sosial-iqtisadi inkişafı üçün görüləcək işlər və onların icra mexanizmləri öz əksini tapdı ki, bunlardan biri də bölgələrdə müasir səhiyyə mərkəzlərinin yaradılması idi. Məqsəd əhalinin paytaxta gəlmədən öz yaşadıqları bölgələrdə yüksəkkeyfiyyətli, müasir və operativ tibbi xidmət almasını təmin etməkdir. Ümumiyyətlə, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, regionlarda əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqi, səhiyyənin rəqəmsallaşması, sosial və maliyyə ağırlığı olan bir sıra xəstəliklərin müalicəsinin dövlət proqramları təminatına alınması, eləcə də müasir infrastrukturun qurulması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) koordinasiyalı fəaliyyəti nəticəsində ölkənin müxtəlif şəhər və rayonlarında yeni xəstəxanalar inşa edilib, mövcud tibb müəssisələri əsaslı şəkildə yenilənib. Yeni xəstəxanaların istifadəyə verilməsi və mövcud olanların bərpası əhalinin tibbi xidmətlərə çıxış imkanlarını genişləndirir, müasir tibbi avadanlıqlarla təminat gücləndirilir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Bərpa işlərində də əsas diqqət göstərilən məsələlərdən biri sosial obyektlərin, o cümlədən səhiyyə müəssisələrinin tikintisidir. İşğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun qurulması sosial siyasətin mühüm tərkib hissəsi olmaqla yanaşı, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsində də strateji rol oynayır.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizdə səhiyyənin inkişafının yüksək səviyyədə olması özünü koronovirus infeksiyası ilə mübarizə tədbirlərində nümayiş etdirdi. Ölkəmizdə səhiyyə xidməti beynəlxalq səviyyədə təqdir edildi. Təbii ki, bu inam ölkəmizdə səhiyyənin inkişafı istiqamətində görülən işlərə, səhiyə müəssisələrinin güclü maddi-texniki bazaya malik olmasına, yüksəkixtisaslı kadrlarla təminata əsaslandı. Həmin dövrdə yeni səhiyyə müəssisələrinin yaradılmasını, modul tipli səhiyyə müəssisələrinin quraşdırılmasını xüsusi qeyd etməliyik. Təbii ki, bu müəssisələrin müasir tələblərə cavab verən avadanlıqlarla təmin edilməsi ilə bərabər, onların kadr potensialı da xüsusi diqqətdə oldu. Bu baxımdan onu da qeyd etməliyik ki, təcrübə mübadiləsinin aparılması yüksək ixtisaslı kadrların yetişdirilməsində əhəmiyyətli rol oynayır. Bu isə öz növbəsində əhalinin sağlamlığının təmin edilməsində, xəstələrin xarici ölkələrə üz tutmayaraq ölkə daxilində yüksək səviyyədə müayinə olunub, müalicə almalarında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev hələ dünyanın koronovirus infeksiyası ilə mübarizə apardığı dövrdə ölkədə iqtisadi islahatların davam etdiriləcəyinə, heç bir sosaal layihənin təxirə salınmayacağına çağırışlar etdi. Təbii ki, hər bir inkişafın təməlində iqtisadi tərəqqi dayanır. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının genişliyi hər bir sosial layihəni uğurla başa çatdırmağa əsas verir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Bu günədək beş sosial paketin həyata keçirilməsi bunun bariz nümunəsidir. Bu paketlər minimum əməkhaqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasını təmin edərək milyonlarla vətəndaşın rifahının yüksəldilməsinə xidmət etmişdir.

Millət vəkili bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Bu təşəbbüsün Prezident İlham Əliyev tərəfindən yüksək dəyərləndirilməsi və icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətin tibb işçilərinə göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsidir. Belə ki, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 mindən çox tibb işçisinin əməkhaqlarının artırılması nəzərdə tutulur. Bu məqsədlə TƏBİB sistemi üzrə əməkhaqqı fonduna 189 milyon manat vəsait ayrılıb. Əməkhaqlarının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla differensial qaydada artırılması isə qərarın digər mühüm xüsusiyyətidir. İslahat xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutur. Xüsusilə regionlarda çatışmayan ixtisaslar üzrə vəzifə maaşına 1,3 əmsalın tətbiq edilməsi mühüm addımdır. Bu mexanizm yüksəkixtisaslı həkimlərin və digər tibb mütəxəssislərinin regionlarda işləməyə marağının artırılmasına ciddi stimul verəcək. Çünki bölgələrdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün ilk növbədə həmin ərazilərdə zəruri ixtisaslara malik kadrların olması vacibdir.

Vüqar Rəhimzadə qeyd edib ki, son illərdə səhiyyə sahəsində ardıcıl tədbirlər həyata keçirilib. 2023-cü ildən TƏBİB tabeliyindəki müəssisələrdə maaşlar artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artımı ilə əlaqədar növbəti yüksəlişlər olub, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evləri işçilərinin tarif maaşlarına isə 1,5-3 dəfə artım əmsalları tətbiq edilib. Yeni islahat bu prosesin davamıdır. İslahatın əsas məqsədləri tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və pasiyent məmnunluğunun yüksəldilməsidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, səhiyyə işçilərinin əməyinin qiymətləndirilməsi onların peşələrinə daha böyük məsuliyyətlə yanaşmalarına və daim inkişaf etməsinə, tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə və müasir yanaşmaların tətbiqinə geniş imkanlar yaradır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ