İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a qarşı yeni cavab hücumu başlatdığını açıqlayıb. Birləşmiş Ərəb Əmirlikləri və Küveytdəki ABŞ bazalarının raket və dronlarla hədəfə alındığı bildirilir. Hücumdan sonra bölgədəki gərginlik yeni bir pik həddə çatıb.
SEPAH bildirib ki, Küveytdəki Əhməd əl-Cəbər bazasındakı ABŞ hərbi peyk rabitə sistemləri, avadanlıq anbarları və qırıcı təyyarə dokları raket və dronlarla vurulub. Hücumların rabitə sistemlərinə və qırıcı təyyarə anqarlarında ziyan və itkilərə səbəb olduğu bildirilir. Həmçinin, ABŞ qüvvələrinin Birləşmiş Ərəb Əmirliklərindəki Əl Minhad bazasındakı mövqelərinin və radar sistemlərinin də raket və dronlarla hədəfə alındığı bildirilib.
Küveytdəki Əhməd əl-Cəbər bazasının Qərbi Asiyada ABŞ ordusunun dəstəklənməsində mühüm rol oynadığı və hava və müşahidə əməliyyatlarında əhəmiyyətli təsir sahib olduğu vurğulanır. BƏƏ-dəki Əl-Minhad bazası isə ABŞ qüvvələrinin hava dəstəyi və daşınması üçün əsas mərkəzlərdən biri hesab olunur.
Tahir TAĞIYEV