Ankara prokurorluğu tərəfindən Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu barəsində “prezidenti təhqir etmək” ittihamı ilə istintaqa başlayıb.
Buna səbəb siyasətçinin 14 aprel 2022-ci ildə səsləndirdiyi fikirlər olub. Bildirilib ki, bir neçə il sonra həmin açıqlamalara dair paylaşımlar sosial şəbəkələrdə yenidən geniş şəkildə yayılıb.
İş Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinin 1-ci hissəsi - "Prezidenti təhqir etmək" ilə açılıb. Ankara Baş Prokurorluğu qərarın sosial media paylaşımlarının araşdırılmasından sonra verildiyini bildirib.
Əhməd Davudoğlu türk siyasətçisi və keçmiş diplomatdır. Davudoğlu 2009-cu ildən 2014-cü ilə qədər Türkiyənin Xarici İşlər Naziri vəzifəsində çalışıb. 2014-cü ilin avqust ayında baş nazir olub və 2016-cı ilin may ayına qədər hökumətə rəhbərlik edib.
Tahir TAĞIYEV