Bazar günü günü, 25 oktyabr 2026
     

"Brutto müqavilə" modeli AYNA-nı saysız ictimai qınaqlardan necə qurtara bilər...

Image


Azərbaycanda ictimai nəqliyyatda "brutto müqavilə" modelinin tətbiqinə başlanması sərnişindaşıma sistemində mühüm dəyişikliklərdən biridir. Bu modelin əsas mahiyyəti ondan ibarətdir ki, daşıyıcının gəliri artıq birbaşa avtobusa neçə sərnişin mindirməsindən asılı olmayacaq. Daşıyıcı əvvəlcədən müəyyənləşdirilmiş marşrut, yürüş məsafəsi, avtobus sayı, hərəkət intervalı və xidmət keyfiyyəti kimi göstəricilərə əsasən ödəniş, yəni subsidiya alacaq.

Əvvəlki sistemdə daşıyıcının gəliri əsasən sərnişin sayından asılı olduğundan onun kommersiya marağı daha çox sərnişin cəlb edən marşrutlara yönəlirdi. Bu yanaşma iqtisadi baxımdan müəyyən məntiqə malik olsa da, ictimai nəqliyyatın sosial funksiyası ilə hər zaman üst-üstə düşmürdü. Çünki az sərnişin olan, lakin əhali üçün vacib marşrutların işlədilməsi daşıyıcı üçün kifayət qədər gəlir gətirməyə bilərdi. Nəticədə belə istiqamətlərdə avtobusların sayı azalır, hərəkət intervalı uzanır və xüsusilə axşam saatlarında xidmətin keyfiyyəti aşağı düşə bilirdi.

"Brutto müqavilə" modeli məhz bu problemi aradan qaldırmağa hesablanıb. Yeni sistemdə daşıyıcının əsas vəzifəsi sərnişin sayını maksimum artırmaq deyil, müqavilədə nəzərdə tutulan nəqliyyat xidmətini müəyyən edilmiş standartlara uyğun göstərməkdir. Sərnişin az olsa belə, avtobus qrafik üzrə marşruta çıxmalı, müəyyən edilmiş interval qorunmalı və xidmət fasiləsiz təmin edilməlidir. Beləliklə, ictimai nəqliyyatda "sərnişin çoxdursa, marşrut işləyir" yanaşmasından "marşrut əhali üçün lazımdırsa, xidmət göstərilməlidir" prinsipinə keçid yaranır.

Bu, xüsusilə şəhərin kənar əraziləri və şəhərətrafı yaşayış məntəqələri üçün əhəmiyyətlidir. Çünki həmin ərazilərdə sərnişin axını mərkəzi marşrutlarla müqayisədə daha az olur. Lakin nəqliyyatın sosial əhəmiyyəti yalnız sərnişin sayına görə ölçülə bilməz. İnsanların işə, məktəbə, xəstəxanaya və digər xidmətlərə çıxışı təmin edilməlidir. Bu baxımdan yeni model ictimai nəqliyyatın kommersiya fəaliyyətindən daha çox sosial xidmət kimi təşkil olunmasına imkan yaradır.

Modelin digər mühüm üstünlüyü daşıyıcı üçün maliyyə sabitliyinin artmasıdır. Sərnişin axınından asılılığın azalması şirkətlərə gəlirlərini daha dəqiq proqnozlaşdırmağa və uzunmüddətli planlar qurmağa imkan verə bilər. Bu isə avtobus parkının yenilənməsi, texniki xidmətin yaxşılaşdırılması, sürücülərin əmək şəraitinin və xidmət keyfiyyətinin yüksəldilməsi üçün əlavə imkanlar yaradır. Lakin bunun üçün dövlət tərəfindən nəzərdə tutulan ödənişlərin vaxtında və şəffaf həyata keçirilməsi əsas şərtlərdən biridir.

Burada dövlətin üzərinə düşən məsuliyyət isə daha da artır. Çünki subsidiya mexanizmi tətbiq olunarkən dövlət faktiki olaraq daşıyıcının gəlir riskinin bir hissəsini öz üzərinə götürür. Deməli, büdcədən ayrılan vəsaitin qarşılığında konkret və ölçülə bilən xidmət tələb olunmalıdır. Avtobusun vaxtında marşruta çıxması, hərəkət intervalına əməl etməsi, avtobusların texniki vəziyyəti, salonun təmizliyi, sürücünün davranışı və sərnişinlərin təhlükəsizliyi kimi göstəricilər yalnız formal şəkildə deyil, real vaxt rejimində nəzarətdə saxlanılmalıdır.

Bu baxımdan AYNA-nın rəqəmsal nəzarət və xüsusi proqram təminatından istifadə etməsi mühüm əhəmiyyət daşıyır. Çünki "brutto müqavilə" modelinin uğuru, əslində, müqavilənin özündən daha çox onun icrasına nəzarət mexanizmindən asılı olacaq. Daşıyıcı qrafikə əməl etmədiyi, avtobusları xəttə buraxmadığı və ya xidmət keyfiyyətini aşağı saldığı halda maliyyə məsuliyyəti daşımırsa, sistem əvvəlki problemləri sadəcə başqa formada təkrarlaya bilər.

Əksinə, ödənişlərin konkret xidmət göstəricilərinə bağlanması yeni modelin effektivliyini ciddi şəkildə artıra bilər. Məsələn, avtobusların xəttə çıxış faizi, qrafikdən yayınma, interval pozuntuları, texniki nasazlıqlar, sərnişin şikayətləri və digər göstəricilər əsasında daşıyıcının ödənişinə düzəlişlər edilərsə, şirkət üçün keyfiyyətli xidmət göstərmək birbaşa iqtisadi marağa çevrilər.

Burada daha bir mühüm məsələ rəqabətdir. Dövlətin subsidiyaları daşıyıcıların səmərəsizliyini kompensasiya edən mexanizmə çevrilməməlidir. Əksinə, müqavilələrin şəffaf tenderlər əsasında bağlanması, xidmət göstəricilərinin aydın müəyyənləşdirilməsi və nəticələrin müqayisə olunması daha effektiv daşıyıcıların önə çıxmasına şərait yarada bilər. Bu halda dövlət yalnız maliyyələşdirən deyil, həm də xidmətin keyfiyyətini müəyyən edən və bazarda sağlam rəqabəti formalaşdıran tərəfə çevrilir.

Yeni model sərnişin üçün də mühüm dəyişiklik vəd edir. Sərnişinin ödədiyi gediş haqqından daha çox, onun aldığı xidmətin keyfiyyəti ön plana çıxmalıdır. İnsan avtobusun nə qədər sərnişin daşıdığını deyil, avtobusun vaxtında gəlib-gəlmədiyini, intervalın qorunub-qorunmadığını, salonda sıxlığın hansı səviyyədə olduğunu və təhlükəsiz şəkildə mənzil başına çatıb-çatmadığını hiss edir. Buna görə də yeni sistemin real nəticəsi məhz sərnişinin gündəlik təcrübəsində özünü göstərməlidir.

Eyni zamanda, "brutto müqavilə" modelinin avtomatik olaraq ictimai nəqliyyat problemini həll edəcəyini düşünmək də düzgün olmaz. Əgər marşrut şəbəkəsi düzgün planlaşdırılmasa, avtobus sayı real tələbatı nəzərə almasa və hərəkət intervalı sərnişin axınına uyğun müəyyən edilməsə, yalnız maliyyələşdirmə mexanizminin dəyişdirilməsi kifayət etməyəcək. Deməli, yeni model marşrut şəbəkəsinin optimallaşdırılması, nəqliyyat axınının düzgün idarə edilməsi və avtobus parkının yenilənməsi ilə paralel aparılmalıdır.

Əslində, "brutto müqavilə" modelinin ən mühüm tərəfi ictimai nəqliyyatın iqtisadi fəlsəfəsini dəyişməsidir. Əvvəlki yanaşmada daşıyıcı üçün əsas sual "bu marşrut nə qədər gəlir gətirir" idisə, yeni sistemdə sual "bu marşrut üzrə hansı səviyyədə xidmət göstərilməlidir" formasına keçir. Bu isə ictimai nəqliyyatın sırf kommersiya fəaliyyəti deyil, dövlət tərəfindən müəyyən standartlara uyğun təşkil edilən sosial xidmət kimi qəbul edilməsini gücləndirir.

Nəticədə yeni model düzgün qurulduğu və ciddi nəzarət edildiyi halda həm daşıyıcının maliyyə dayanıqlığını artıra, həm dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə, həm də sərnişinlər üçün daha stabil və keyfiyyətli xidmətin formalaşmasına şərait yarada bilər. Lakin əsas meyar yenə də sadədir: dövlət subsidiya ödədiyi halda sərnişin bunun qarşılığında daha vaxtında, daha təhlükəsiz, daha rahat və daha etibarlı nəqliyyat xidməti almalıdır. Əgər bu nəticə əldə olunarsa, 'brutto müqavilə" sadəcə maliyyələşmə modelinin dəyişdirilməsi deyil, Azərbaycanın ictimai nəqliyyat sistemində keyfiyyətli xidmətə keçidin real mexanizminə çevrilə bilər.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino FIFA U-15 dünya çempionatı və festivalına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ