İrəvan Ümumi Yurisdiksiya Cinayət Məhkəməsinin hakimi Vahaqn Melikyan Bütün Ermənilərin Katolikosu II Qaregin və Ali Ruhani Şuranın üzvü olan altı yepiskopa qarşı cinayət işinin yurisdiksiyasını müəyyən etmək üçün Kassasiya Məhkəməsinə müraciət edib. Bu barədə məhkəmədən NEWS.am-a bildirilib. Bu, “müqəddəslərin işini" dinləməkdən imtina edən üçüncü hakimdir. Katolikosun işini dinləyən ilk hakim Hakob Manukyan 7 avqustda onu rədd edib. 10 avqustda iş Serj Ruşanyana verilib və o da öz növbəsində işi İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinə göndərib.
SAMİRƏ