Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, Ermənistanda "Tramp marşrutu" layihəsinin həyata keçirilməsi ABŞ hərbi infrastrukturunun birbaşa İran sərhədi yaxınlığında yerləşdirilməsinə imkan verəcək.
O, Şərq İqtisadi Forumunun "KTMT-ŞƏT: Təhlükəsizlik Məkanı" sessiyasında çıxışında bu barədə bildirib. "Ermənistandan keçən sözdə "Tramp marşrutu"... Qərbə, amerikalılara öz qoşunlarını və ya özəl hərbi şirkətlərini və kəşfiyyat infrastrukturunu birbaşa Ermənistan ərazisində və İran sərhədinə yaxın ərazidə yerləşdirməyə imkan verir", - o deyib.
SAMİRƏ