şənbə günü, 24 oktyabr 2026
     

Rusiyanın uzaq adasında bioloji silah sirləri gizlədilir... ABŞ 2022-də "qara siyahı”ya salıb...

Image


Rusiyada ictimaiyyətə qapalı, ucqar adada yerləşən elmi müəssisə ordu üçün bioloji silahlar hazırlamaqda suçlanan institutla əlaqəlidir. Bunu "Sistema" araşdırmalar layihəsi üzə çıxarıb. Vaxtilə Tver vilayətində yerləşən Vışnevolotsk su hövzəsindəki adalara yerli sakinlər balıq tutmağa, giləmeyvə yığmağa gedərdi. 2023-cü ildən adanın şimal hissəsi "təbii qoruq" elan edilib. Adaların çoxuna, hazırda Eksperimental Fiziologiya Mərkəzinin yerləşdiyi Lisiy adasına giriş məhdudlaşdırılıb.

"Sistema" müəyyən edib ki, mərkəzin rəhbəri Vladimir Maksimov Rusiya Müdafiə Nazirliyinin 48-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutunun keçmiş əməkdaşıdır. Bu institut ölkədə bioloji silahlardan müdafiə sistemlərinin hazırlanması üzrə aparıcı müəssisədir. ABŞ 2020-ci ildə onu və Rusiyanın daha iki institutunu bioloji və kimyəvi silah proqramlarını davam etdirməkdə suçlayaraq qara siyahıya salıb. Lısiy adasındakı mərkəzin tabe olduğu federal qurumun adı bəzi araşdırmalarda da hallanıb. Söhbət müxalifətçi Aleksey Navalnının və Rusiya Baş Kəşfiyyat İdarəsinin – QRU-nun keçmiş zabiti Sergey Skripalın "Noviçok" tipli sinir qazı ilə zəhərlənməsindən gedir. Rusiya hökuməti son onilliklər Lısiy adasından, demək olar, istifadə etmirdi. Ancaq vaxtilə adada yoluxucu xəstəliklərin tədqiqi ilə bağlı zəngin elmi araşdırma aparılıb. Çar Rusiyası dövründə adada baytarlıq laboratoriyası yerləşib. Stalin dövründə isə burada "kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəlikləri ilə bağlı kəskin təcrübələrin aparılması" üçün müəssisə fəaliyyət göstərib. 2021-ci ilin yazında, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlamasından təxminən bir il əvvəl adadakı yaşayış məntəqəsi Eksperimental Fiziologiya Mərkəzinə çevrilib. Qurum Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinin tərkibinə salınıb. Mərkəzin tikintisi 2025-ci ilin payızında başa çatdırılıb. Ukraynanın hərbi kəşfiyyat idarəsi avqustun 21-də iddia edib ki, Eksperimental Fiziologiya Mərkəzində "Rusiya silahlı qüvvələrinin maraqları naminə təhlükəli viruslar və digər patogenlərlə təcrübələr aparılır". "Sistema" və "Radio Svoboda" mərkəzin rəhbəri Maksimov vasitəsilə müəssisənin Rusiya Silahlı Qüvvələri ilə əlaqəsini müəyyən edib. Maksimov Lısiy adasındakı mərkəzə rəhbərlik etməzdən əvvəl uzun müddət Rusiya ordusu üçün bioloji tədqiqatların aparılmasında iştirak edib. O, əsasən "Ebola" və "Marburq" kimi nadir və ölümcül qızdırma virusları üzrə ixtisaslaşıb. Sovet İttifaqında hər iki patogenə bioloji silahların hazırlanması üçün potensial əsas kimi baxılırdı. Maksimov 1999-2006-cı illərdə Rusiyanın 44026 saylı hərbi hissəsinə – Müdafiə Nazirliyinin Mikrobiologiya İnstitutunun Virusologiya Mərkəzinə rəhbərlik edib. Bu hərbi hissə Moskva yaxınlığındakı Sergiyev Posad şəhərində yerləşir. 2008-ci ildə Rusiya Müdafiə Nazirliyinin 48-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu adlandırılıb. Qərb kəşfiyyat xidmətlərinin qənaətinə görə, Sovet İttifaqının bioloji silahların hazırlanması proqramından qalan bəzi strukturlar bu institutda birləşdirilib. Maksimov 2008-ci ildə də bu institutda işə davam edib, amma artıq direktor vəzifəsini tutmayıb.

"Sistema" Maksimovun 2022-ci ilə aid vizit kartını aşkarlayıb. O, AzadlıqRadiosunun telefon zənglərinə və göndərdiyi mesajlara cavab verməyib. "Radio Svoboda" 2024-cü ildə müəyyən etmişdi ki, Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin fevralında Ukraynanın genişmiqyaslı işğalına başlayandan Sergiyev Posaddakı mərkəz də xeyli genişləndirilib. Araşdırma üzə çıxarıb ki, Lısiy adası və Sergiyev Posaddakı tədqiqat müəssisələri 2021-ci ilin sonlarında genişləndirilməyə başlanıb, yəni işğaldan bir neçə ay əvvəl. O zaman qlobal COVID-19 pandemiyası da səngiməyə başlamışdı. Hər iki müəssisədə Rusiyanın COVID-19 peyvəndləri hazırlanıb. Sovet İttifaqının bioloji silah proqramı üzrə mütəxəssis Milton Leytenberq tədqiqat imkanlarının genişləndirilməsinin Moskvanın pandemiyaya cavabı olduğuna şübhə edir. O, Ukraynanın işğalı məsələsinə diqqət çəkir: "Putinin Ukraynaya hücum etmək qərarını ən geci 2021-ci ilin ortalarında verdiyini nəzərə alsaq, Rusiyanın bioloji silahlar üzrə tədqiqatlarının genişləndirilməsinə və Lısiy adasında yeni laboratoriyaların bu prosesə cəlbinə həmin kontekstdə baxmaq lazımdır". Onun sözlərinə görə, Rusiyanın bioloji silahlardan müharibədə necə istifadə etmək niyyətləri sirr olaraq qalır. Bununla yanaşı, digər hərbi sahələrlə bərabər, yaranmış fürsətdən istifadə edilərək bioloji tədqiqat fəaliyyəti də genişləndirilə bilərdi. Leytenberqin fikrincə, Maksimovun, 48-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutunun digər keçmiş yüksək vəzifəlilərinin Eksperimental Fiziologiya Mərkəzinə rəhbər təyin edilməsi vacib dəlildir. Yəni Lısiy adasındakı yeni müəssisə də hərbi fəaliyyətin genişləndirilməsinin bir hissəsi ola bilər. Putin Federal Tibbi-Bioloji Agentliyin (FTBA) rəsmiləri ilə mütəmadi görüşür. Sonuncu dəfə avqustda görüşüblər. Prezident agentliyi "tibbi xüsusi təyinatlı qüvvələr" adlandırmışdı. "Sistema" 2020-ci ildə "Noviçok" maddəsinin yenilənmiş versiyası ilə bağlı araşdırma aparmışdı. Bəlli olmuşdu ki, FTBA-nın nəzarətində olan, Rusiyanın Leninqrad vilayətində yerləşən bir tədqiqat institutu "Siqnal" adlı elmi mərkəzin hazırladığı bir sıra bioloji əlavələr istehsal edib. "Siqnal"ın Ekvador qurbağasından əldə edilən epibatidin adlı zəhər üzərində araşdırma apardığı müəyyən olunub. Navalnının 2024-cü ilin fevralında qəfil öldüyü Arktika həbsxanasında məhz bu maddədən zəhərləndiyi ehtimalı var. Moskva isə bioloji və kimyəvi silahların hazırlanmasına yönəlik tədqiqatlar aparmadığını deyir. Yalnız belə silahların mümkün istifadəsinə qarşı müdafiə vasitələrinin hazırlandığı bildirilir. Navalnının zəhərlənməsi ilə bağlı araşdırma isə Rusiyanın ratifikasiya etdiyi müvafiq beynəlxalq konvensiyaları pozaraq bu cür silahların hazırlanması üzərində işlədiyini göstərib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ