Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı açıqlamasına Mixail Bulqakovun "İtin ürəyi" əsərindən "Sən kişisən, yoxsa qadın?" ifadəsi ilə cavab verib.
Diplomat Telegram-da Paşinyanın İrəvanın "102-ci Rusiya hərbi bazasının mövcudluğunu vacib hesab etmədiyini, lakin hələlik onun geri çəkilməsi məsələsini qaldırmamadığını" dediyini qeyd edib. O, həmçinin bildirib ki, Rusiya bazanı geri çəkmək qərarına gələrsə, respublika hakimiyyəti etiraz etməyəcək. Bununla belə, Paşinyan Moskva hərbi obyekti saxlamaq istəsə, İrəvanın onun mövcudluğunun davam etməsini müzakirə etməyə hazır olduğunu da vurğulayıb.
Zaxarova isə Paşinyanın açıqlamasına "Sən kişisən, yoxsa qadın?" (Bulgakov, "İtin ürəyi") sözləri ilə cavab verib.
Tahir TAĞIYEV