Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının gələcəyi müzakirə olunmayıb.
Paşinyanın sözlərinə görə, Ermənistan son dövrdə bu məsələni Rusiyanın qarşısında qaldırmayıb və 102-ci bazanın Ermənistanda qalmasını "həyati zərurət" hesab etmir.
Paşinyan qeyd edib ki, Rusiya bazanı Ermənistandan çıxarmaq qərarı versə, Ermənistan buna etiraz etməyəcək. Əgər Rusiya bazanın Ermənistanda qalmasını istəsə, Ermənistan bunu müzakirə etməyə hazırdır.
102-ci Rusiya hərbi bazası 1995-ci ildən Gümrüdə yerləşir. 2011-ci ildə onun Ermənistanda qalma müddəti 2044-cü ilədək uzadılıb.
Yəni Paşinyanın açıqlaması Ermənistanın Rusiya hərbi bazasının ölkədəki gələcəyi məsələsində əvvəlki mövqeyindən daha məsafəli yanaşdığını göstərir və Rusiya ilə təhlükəsizlik münasibətlərində dəyişikliklərin mümkünlüyü barədə suallar yaradır.
Ermənistan 102-ci bazanın məsələsini heç vaxt qaldırmayıbsa, Putin niyə birdən-birə bunu gündəmə gəturdi? Bunu təsadüfən - sözgəlişi deyib, yoxsa başqa bir planı var?
Xaqani Cəfərli: "Rusiya 102-ci hərbi bazasını Ermənistandan çıxarmaq məcburiyyətində qala bilər"
Akif NƏSİRLİ