çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Paşinyan Rusiyanın 102-ci bazasını ölkədən çıxarmaqda israrlıdır...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılması məsələsi Rusiya prezidenti ilə müzakirə olunmayıb. Bununla belə, o əlavə edib: "Rusiya hərbi bazanı Ermənistan Respublikasından çıxarmaq qərarına gəlsə, biz buna etiraz etməyəcəyik. Amma qalmaq istəsələr, bu məsələni də müzakirə etməyə hazırıq".

Gümrüdəki hərbi bazanın Ermənistan üçün həyati əhəmiyyət kəsb etmədiyini vurğulayan Paşinyan indiyədək bu mövzunu heç vaxt gündəmə gətirmədiklərini də diqqətə çatdırıb. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl demişdi ki, İrəvan Rusiyanın hərbi qüvvələrinə ehtiyacı olmadığı qərarına gəlsə, Moskva Gümrüdən hərbi bazasını hətta sabah çıxarmağa hazırdır. İndiyə qədər Rusiya Ermənistana iqtisadi metodlarla təsir edərək, İrəvanı Avropaya inteqrasiya siyasətindən əl çəkməyə vadar etməyə çalışırdı. Amma bu yanaşma reallıqda özünü doğrultmur. Moskva bu şəraitdə yeni təsir metodlarını işə salmağa hazırlaşır ki, bunun da ilkin anonsları Bişkekdə Vladimir Putin tərəfindən verildi. Söhbət Gümrüdə yerləşən Rusiyanın 102-ci bazasından gedir. Putinin açıqlaması Ermənistan-Rusiya münasibətlərinin gələcəyi ilə bağlı daha geniş müzakirə kontekstində səslənib. Əslində, Rusiya lideri hərbi baza məsələsini Ermənistanın Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı arasında siyasi seçimindən asılı edib. Ermənistanın Avropaya inteqrasiya niyyətindən əl çəkməyəcəyi nəzərə alınarsa, 102-ci bazanın çıxarılması məsələsinin əvvəl-axır gündəmə gələcəyi qaçılmaz görünür. Sadəcə, Putin prosesləri bir qədər qabaqlamış oldu. Ermənistanda Rusiyayönlü müxalifət qüvvələri də mövcud hakimiyyətin Qərbin tələbi ilə 102-ci bazadan xilas olmaq niyyətində olduğunu bildirir. Ermənistan Respublikaçılar Partiyasının üzvü Tıqran Abramyan qeyd edir: “Ermənistan-Rusiya münasibətlərindəki bu durğunluğun və ya bataqlığın başlanğıcı 2020, 2021-ci ildə, hətta 2022-ci il Praqa prosesi zamanı deyil, 2018-ci ilin məlum hadisələrindən sonra başladı. Bu qüvvənin 2018-ci ildə hakimiyyətə gəlməsi əvvəlcə bu proses üçün planlaşdırılmışdı. Xarici müdaxilə yolu ilə hakimiyyətə gələn qüvvələr, təbii ki, müəyyən məqsədlər güdürdülər. Bu məqsəd bölgədə Rusiyanı sıxışdırmaq və ya onun təsirini minimuma endirmək idi. Ermənistandakı Rusiya hərbi bazasına gəldikdə isə, İrəvan ardıcıl olaraq Moskva ilə münasibətlərin pisləşməsi yolunu davam etdirirsə, bu, bir mərhələdə həmin hərbi bazanın çıxarılmasını nəzərdə tutur. Rusiyada bunu çox yaxşı başa düşürlər və Putinin açıqlaması sadəcə bir ifadə deyildi, sahib olduqları məlumata əsaslanırdı”.

Xatırladaq ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazası Moskvanın Cənubi Qafqaziyadakı əsas hərbi obyekti və bölgədəki yeganə Rusiya hərbi bazasıdır. Bazanın Ermənistanda mövcudluğunun hüquqi əsasını iki müqavilə təşkil edir: 16 mart 1995-ci il tarixli Ermənistan Respublikası ərazisində Rusiya Hərbi Bazası haqqında Müqavilə və 21 avqust 1992-ci il tarixli Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hüquqi Statusu haqqında Müqavilə. 2010-cu ildə müqavilə 2044-cü ilə qədər uzadılıb. Bazada 4000-5000 arası hərbçi yerləşir. Buraya Gümrü və İrəvan hərbi qarnizonları, İrəvandakı Erebuni hərbi aerodromu, Alagyaz və Kamxud hündürlüklərindəki təlim poliqonları və iyirmi dörd hərbi düşərgə daxildir. Baza S-300 zenit-raket sistemləri ilə təchiz olunub. Ermənistanın sərhədləri Rusiya qoşunları, səması isə Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən qorunur. Amma indi bu təhlükəsizlik arxitekturası tamamilə dağıla bilər ki, Rusiya çətin bununla razılaşsın. Ermənistan hakimiyyəti isə bu bazaya ehtiyac görmür və ölkənin Qərbdən olan tərəfdaşları da Nikol Paşinyan hakimiyyətinin həmin bazanın çıxarılması məsələsini həll etməsini istəyirlər. Bütün bunlar o deməkdir ki, 102-ci baza Rusiya və Ermənistan arasında yaxın tezlikdə növbəti çəkişmə predmetinə çevriləcək. Mövcud müqavilələrə əsasən, 102-ci baza bundan sonra daha 18 il Ermənistan ərazisində qalmalıdır. Amma Ermənistanın müqaviləyə vaxtından əvvəl xitam verməsi də istisna olunmur. Artıq Ermənistan Rusiya ilə əlaqələrdə belə bir təcrübəyə müraciət edib. İrəvan Moskva ilə Ermənistan dəmir yollarının idarəçiliyinə dair bağlanan və 2038-ci ilə qədər qüvvədə olması planlaşdırılan müqavilənin ləğvi üçün əməli addımlar atır. Eyni təcrübənin 102-ci bazaya münasibətdə də tətbiqi tamamilə gözləniləndir. Özü də bunlar o fonda baş verir ki, İrəvan KTMT-dən uzaqlaşır. Bunun ardınca 102-ci bazanın çıxarılması Moskva üçün Ermənistanda Qərbə növbəti məğlubiyyətdir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ