Ukrayna Silahlı Qüvvələri bu qış hava hücumundan müdafiə raketlərinin kəskin çatışmazlığı səbəbindən döyüş əməliyyatlarını davam etdirməkdə ciddi çətinliklərlə üzləşəcək.
“Bloomberg” yazır ki, əsas problem, ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatları ilə əlaqədar olaraq, Amerikanın "Patriot" müdafiə sistemləri üçün yeni raket təchizatının olmamasıdır. Hazırkı şəraitdə Vaşinqton İrana üstünlük verir ki, bu da NATO-nun Ukraynaya dəstəyinə mənfi təsir göstərir.
Ukrayna hakimiyyətinin hazırda Amerikanın "Patriot" raketlərinə alternativi yoxdur. Onların hesablamalarına görə, Ukrayna bu qış bu sistem üçün təxminən 300 raketə ehtiyac duyacaq. Lakin Amerika arsenalındakı yeni nəsil PAC-3 raketlərinin ümumi sayı 800-dür. ABŞ-da həmçinin "bir neçə yüz" köhnə PAC-2 raketi var.
Bu fonda Aİ ölkələri İspaniya və Yunanıstana “Patriot” ehtiyatlarının bir hissəsini Ukraynaya göndərmək üçün təzyiq göstərirlər. Ukrayna həmçinin bu məsələ ilə bağlı Koreya Respublikası və Yaponiya ilə danışıqlar aparır, lakin hələlik istənilən nəticəni əldə edə bilməyib.
Tahir TAĞIYEV