Polşada müxalifətdəki Hüquq və Ədalət partiyasından olan Seym üzvü Dominika Horosinska Polşa Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosiniak-Kamışın çıxışının ortasında it kimi hürməyə başlayıb.
Nazirin çıxışı zamanı auditoriyadan it hürməsini təqlid edən səslər eşidilib və məlum olub ki, bu səsləri Horosinska çıxarır. Görünür, deputat nazirin sözlərinə bu hərəkətlə etiraz edir.
Həmin anda nazir digər məsələlərlə yanaşı, ölkənin məhkəmə sistemindəki problemlərdən danışan Hüquq və Ədalət partiyasının nümayəndələrini tənqid edirmiş.
Baş nazir Donald Tusk daha sonra parlamentarinin davranışından xoşagəlməz bir şəkildə təəccübləndiyini bildirib. Horosinskanın özü isə heç bir açıqlama verməyib.
Tahir TAĞIYEV