Ukraynanın ABŞ prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner Kiyevə qatarla gediblər. Ukrayna rəsmiləri ABŞ danışıqçılarını Kiyevdə dəmir yolu stansiyasında qarşılayıblar.
Prezident Zelenski bildirib ki, ruslar Uitkoff və Kuşnerin təyyarə ilə gəlməsinə mane olublar, buna görə də onlar dəmir yolu ilə Ukraynaya gəliblər.
“Təəssüf ki, ruslar hücumları ilə göstərdilər ki, onlar (Uitkoff və Kuşner – red.) təyyarəni yerə endirə və ya istifadə edə bilməzlər, baxmayaraq ki, biz hər şeyə hazırlaşmışdıq və hava limanlarımız işləyirdi”, - deyə Zelenski bildirib.
Tahir TAĞIYEV