Təxminən bir neçə saat əvvəl Fars körfəzindəki Xark adası ətrafında bir neçə partlayış səsi eşidilib.
İran Tələbələri Xəbər Şəbəkəsi (SNN) ABŞ-ın Hark adası sahillərində kiçik bir neft tankerinə hücum etdiyini iddia edib.
İranın Xəbər Agentliyi “Khabar Fouri” isə tankerin dörd ABŞ raketi ilə vurulduğunu və insanların təxliyə edildiyini bildirib.
Hark adası İranın neft ixracatının təxminən 90 faizini emal edir.
Tahir TAĞIYEV