ABŞ-ın Vol strit conəl (VSJ ) nəşri maraqlı yazı dərc edib. İddia olunur ki, ötən ilin avqustunda Vaşinqtonda üçtərəfli ABŞ- Azərbaycan-Ermənistan razılaşmaları imzalanmazdan öncə Tramp administrasiyası Azərbaycana və Ermənistana iqtisadi stimul xarakterli təkliflər edib və razılaşmalar olub. Belə ki, ABŞ Ermənistana Azərbaycanın 50 km məsafəsində 5 milyard dollar dəyərində Fire bird data mərkəzi layihəsinin həyata keçirilməsi üçün yüksək məhsuldar Nvidia çiplərinin verilməsi barədə razılaşma imzalayıb. Layihənin yaradıcıları orada 300 meqavat gücündə 70 min ən son nəsil Nvidia serverinin yerləşdirilməsini nəzərdə tuturlar. Plana görə bu data mərkəz Ermənistanın bütün bölgədə süni intellekt sahəsində mövqeyini daha da gücləndirməlidir.
Jurnal yazır ki, ötən il Vaşinqtonda Ermənistanla ABŞ arasında yarımkeçiricilər və süni intellekt sahəsində imzalanmış razılaşmalar Ermənistanın Azərbaycanla sülhdən ən böyük dividentləri olacaq.
Jurnal mənbələrinə istinadla yazıb ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Azərbaycan razılaşmanın imzalanması üçün iqtisadi stimula ehtiyac görmədi, biz müharibəni udduq, sülhü də udmaq istəyirik " deyib...
Tahir Tağıyev