İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail "İran rejimini devirmək missiyasını tamamlamaq niyyətindədir" və əlavə edib ki, "rejimin sonu yaxındır".
"The Times of Israel" qəzeti yazır ki, Netanyahu, uəhudi Yeni ili Roş Haşana ərəfəsində keçirilən kabinet iclasından sonra ofisi tərəfindən yayımlanan video mesajında "İrandakı rejim zəifləyib, həyatı uğrunda mübarizə aparır, sarsılır" deyib.
İsrailin baş naziri həmçinin Tehrana İsrailə mümkün hücumun nəticələri barədə xəbərdarlıq edib. O bildirib ki, əgər İran "səhv edib" hücum etsə, "təsəvvür edə bilməyəcəyi" bir cavabla qarşılaşacaq.
Netanyahunun bu açıqlaması, İranın gələn həftə Roş Haşana ilə başlayacaq yəhudi bayramı dövründə İsrailə hücum etməyə cəhd edə biləcəyi ilə bağlı narahatlıqlar fonunda səsləndirilib.
Bundan əvvəlisə Netanyahu artıq İran rejiminin devrilməsini İsrailin "əsas məqsədi" adlandırıb.
Tahir TAĞIYEV