Rusiya prezidenti Vladimir Putin gecə yarısından etibarən üç gün ərzində Kiyevə hücum etməməyi əmr etdi. Bu, orada Amerika danışıqlarının hazırlanması və aparılması ilə əlaqədardır. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
"Həqiqətən də, belə bir məlumat Ukrayna tərəfindən alınıb. Rusiya Prezidenti və Ali Baş Komandan Putin bu gün gecə yarısından başlayaraq Kiyevə hücumları üç gün təxirə salmaq əmri verib. Bu, Kiyevdə Amerika təmaslarının hazırlanması və aparılması ilə bağlıdır", - deyə o bildirib.
Ukrayna mediası daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin 5 sentyabr gecə yarısından 8 sentyabra qədər atəşkəs elan etdiyini bildirmişdi.
Tahir TAĞIYEV