ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki ABŞ hərbi gəmisinə ballistik raketlər atmasından sonra ABŞ ordusu İranın üç neft tankerini vurub.
Daha əvvəl İran mediası Amerika raketlərinin Xarq adası yaxınlığında İran neft tankerini vurduğunu bildirmişdi.
CENTCOM-un məlumatına görə, İranın üç tankerinə endirilən zərbələr SEPAH-ın Amerika gəmilərini atəşə tutmasına cavab olaraq həyata keçirilib. ABŞ Mərkəzi Komandanlığının komandanı Bred Kuper bildirib ki, Vaşinqton hücumlara İran üçün iqtisadi xərcləri artırmaqla cavab vermək niyyətindədir.
"Əgər iki gəmimizə atəş açsanız, sizin üç gəminizi məhv etməklə daha böyük iqtisadi ziyana səbəb olacağıq" – deyə Kuper bildirib.
Əməliyyatın digər təfərrüatları, o cümlədən mümkün itkilər və gəmilərə dəyən ziyanın miqyası barədə məlumat hələ açıqlanmayıb.
Tahir TAĞIYEV