Alimlər ekspedisiyaların buzlağa təsirini azaltmaq üçün Everest Baza Düşərgəsini quru bir yerə köçürməyi təklif ediblər. Onların hesablamasına görə, alpinistlərin sidiyindən qaynaqlanan istilik hər mövsüm Xumbu buzlağı üzərində təxminən 154 ton buz və qarın əriməsinə səbəb ola bilər. NYT-nin məlumatına görə, bu nəticəyə dağın Nepal tərəfindəki baza düşərgəsi ərazisinə təsirini araşdıran beynəlxalq tədqiqatçılar qrupu gəlib. Alimlərin hesablamalarına görə, təxminən 50 günlük ekspedisiya zamanı bir nəfər gündə təxminən üç litr sidik ifraz edə bilər ki, nəticədə mövsüm ərzində baza düşərgəsi ərazisində təxminən 330.000 litr toplanır. Mayenin temperaturu insan bədəninin temperaturuna yaxın olduğundan, alimlər onun istiliyinin mövsümdə təxminən 154 ton buzu əridə biləcəyi qənaətinə gəliblər.
Yəqin belə getsə, ekspedisiya rəhbərləri alpinistlərə pampers geydirməli olacaq…
Əli TURABOV