Bazar günü günü, 25 oktyabr 2026
     

Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

Image


Dövlətin və cəmiyyətin üzərində durduğu dayaqlardan biri dəyər və simvollar sistemidir. Onlara münasibət düz olanda həm fiziki-mənəvi faydaları olur, həm də dəyər və simvolların daimiliyinə təminat yaradılır. Dəyərləri qorumaq tək dövlətin işi deyil, tək cəmiyyətin də işi deyil, ikisinin birlikdə işidir. Ən səmərəli üsul budur. Bu iş özfəaliyyəti sevmir. İnsanlara dəyərlərlə rəftar qadağan edilə bilməz, düşünülmüş və təlqin olunmuş məhdudiyyətlər isə zərurudir və cəmiyyətin dəyərlər sistemi üzərində daha da möhkəmlənməsinə xidmət edir. Hər kəs bunu dərk edə bilsə, dəyərlərimizə və simvollarımıza pərrakəndə yanaşmalara yer qalmaz…

Pərakəndə münasibət və özfəaliyyət dəyərlərin ucuzlaşmasının, adiləşməsinin və sonda məhv olmasının başlanğıcıdır. İllah da ki, ucuzlaşdırılan həmin dəyərlərin yolunda dünən canımızdan keçməyə hazır idik. Dünən düz yolda idik, bu gün bəzi yanlışlara yol veririk. Dünən dəyərləri qan və can bahasına xilas edəndə çox möhtəşəm idik. Çünki hamımızı bir xəttin ətrafında toparlayan o dəyərlərə doğru gedirdik. Bu gün həmin dəyərlərin üstünə çıxırıq, üstünə yürüyürük, onu özümüzdən incidirik. Buna görə həm dəyərlərdən uzaqlaşırıq, həm də möhtəşəmliyimizi itiririk...

Tarix izlərinin, mədəniyyət, təbiət və insan əli ilə yaradılmış sənət abidələrinin üzərində bəzən mənası belə anlaşılmaz əcaib heroqliflərin, rəsm və mücərrəd illüstrasiyaların çəkilməsi DƏYƏRİN üzərinə yerimək deyilmi? O DƏYƏRİN üzərinə yad cisimlər həkk etməklə həmin DƏYƏRİ nalayiq bir yerə tullamağın arasında fərq varmı?!... Yoxdur. Xatirələr, dəyərlər belə əbədiləşdirilmir.Bir simvolu korlamaqla başqa bir dəyəri yaşatmaq istəyinin nə qədər əcaiblik olduğunu anlamaq lazımdır. Bakının küçələrində, Qarabağın daşlarında, meşələrində əcaib xəttlə adlar yazıb rəsmlər çəkmək nə əbədiləşmək əlamətidir, nə də əbədiləşənlərə hörmət... Əksinə, bu sayaq "hörmət(sizlik)" jestləri həmin yerlərin öz ruhunu, doğma tarixini yad cızma-qaraların altında unutdurmaqdır, məhv etməkdir... Bir haşiyə çıxıb mövzuya daha konkret şəkillərdə yenidən qayıdaq.

Müharibənin sonunda sovet əsgərləri faşizmin simvolu olan Reyxstaqa qələbə bayrağını taxdılar. Ardınca Berlinin divarlarına, daş sütunlarına "Maksim" "Yeqor" "İvan", minlərlə başqa adlar yazılmışdı. Kimisi öz adını, kimisi sevgilisinin adını, kimisi həlak olmuş döyüş yoldaşının adını, kimisi də rəhbərinin adını yazırdı... Kimisi təbaşirlə, kimisi kömür parçası ilə yazırdı. Həmin anların emosional ovqatı ilə baxsaq, bu, tam normal idi... İnsanlar milyonların qanı bahasına Zəfərə yetişmişdilər. Xeyli sonralar anlaşıldı ki, emosiyadan doğan həmin "həvəskar rəssamlıq, xəttatlıq davranışları" boş və mənasız imiş... Hamısı silinib getdi, yaddaşlarda və tarixdə qalan isə tək faşizmin üzərindəki möhtəşəm qələbə oldu... Emosional yazılar və illüstrasiyaların heç biri əbədiləşə bilmədi, bilməzdi də... Yalnız müvəqqəti rahatlıq gətirdi, könüllərə su çilədi... Başqa heç nə... Bir də onsuz da dağıdılmış, viran edilmiş şeylərə əlavə əcaiblik gətirdi…

Lakın o yerlər qalib sovet əsgəri üçün doğma deyildi, sadəcə həmin yerlərə qələbə və azadlıq ruhunu o gətirmişdi…

Bəs tarixən bizə, əcdadlarımıza məxsus olmuş, azad etdiyimiz təbii və tarixi dəyər simvollarımızın üzərində əcaibləşdirici "yaradıcılıq məhsullarının" həkk edilməsinə nə ad qoyasan?!Axı onu azad edən nə sovet əsgəri idi, nə də torpaq yadların idi. Bizimdir, bizim olaraq da qalacaq... Qarabağın, Şuşanın, Laçının hər qarışında, hər tarixi irs nümunəsində, təbiət abidəsində min illərlik tarix yatır, bir də onu azad etmiş vətən oğullarımızın ruhu uyuyur, qələbə secinci maddiləşir… Bu yerlərə hansısa şəhidimizin, qazinin adlarını pinti və savadsız görkəmdə yazmaq heç nəyi, heç kimi əbədiləşdirmir...

Dəyərlərimizi, şəhidlərimizin xatirəsini həm də ləyaqətli və sivil formada əbədiləşdirən nə qədər yerlər, parklar, xatirə kompleksləri, bulaqlar, abad gəzinti, istirahət yerləri var... Onlar Qarabağdadır, Zəngəzurdadır, Azərbaycanın hər yerində var və yeniləri yaradılmaqda davam edir. Hamısı uyğun metodologiya, sistem və qayğı ilə salınıb... Bunlar kimlərinsə özfəaliyyət qaydasında çəkdiyi həvəskar "rəsm əsərlərinə" tay tutulmamalıdır... İndi vacib işimiz Şuşanın, Xankəndinin, hamısının altındakı, üstündəki mənfur təcavüz izlərini elə silib təmizləməkdir ki, altındakı əsl tarix, əsl mədəniyyət və əsl millilik tam çılpaqlığı ilə üzə çıxsın. Çıxsın ki, düşmənə göz dağı, özümüzə əlavə qürur mənbəyi olsun. Həvəskar "rəssamlıq əsərləri" bu müqəddəs missiyanın mahiyyətinə, onu bizə qaytarmış şəhidlərin əziz ruhuna hörmətsizlikdir.

Qarabağa ayaq basan hər kəs, ilk olaraq əcnəbilər hansısa qabiliyyətsiz bir "xəttatın" çəkdiyini və yazdığını görməyə yox, onun arxasındakı tarixi oxumağa gəlir...

Tariximizi, dəyər və simvollarımızı, şəhidlərin ruhunu əbədiləşdirməyi dövlətin, peşəkarların, işbilənlərin öhdəsinə buraxmaq daha yaxşısıdır... Tariximizin, irsimizin izləri hər yerdə var - Qarabağda, Zəngəzurda, Bakıda, Naxçıvanda, Lənkəranda… Bu müqəddəs izləri qorumaq üçün ilk növbədə onları "həvəskar rəssamlardan, özfəaliyyətçi xəttatlardan" qorumalıyıq... Heç kimin vətənpərvərlik hissiyatını şübhə altına almıram. Ancaq vətənsevərlik, tarixə və şəhid ruhlarına hörmət hissinin ifadə forması və yeri düz seçilməlidir. Abidələri, daşları, torpağı cürbəcür həvəskar yazılarla korlamaq vətənsevərlik deyil… İnsanların zövqünü pozmaqdır, izafi zəhmət və ziyan vurmaqdır...

Bakıdakı Nizami kino mərkəzinə az əvvəllər həvəskar "rəssamların" çəkdiyi kifir "əsərlər" cəmiyyətə və dövlətimizə nə(sə) verdi?!...

Ancaq ziyanı "n" qədər oldu…

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ