Ağdam rayonunda traktor minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib.
Belə ki, ərazidə torpaq şumlayan traktorçu idarə etdiyi K-700 markalı traktoru tank əleyhinə minaya salıb. Partlayış nəticəsində traktor yararsız vəziyyətə düşüb.
Hadisə zamanı traktorçu xəsarət almayıb.
Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə yerində araşdırma aparırlar.
ZÜMRÜD