Rusiya Prezidenti Vladimir Putin, xüsusi nümayəndə Stiv Uitkoff və iş adamı Cared Kuşner arasında Kremldə keçirilən danışıqlar başa çatıb.
Vesti Telegram kanalının məlumatına görə, danışıqlar üç saatdan çox davam edib.
İzvestiya Telegram kanalı, Kremldən amerikalı danışıqçıları daşıyan bir kortejin çıxdığını göstərən görüntülər yayımlayıb.
Danışıqlarda Rusiya tərəfindən Prezidentin köməkçisi Yuri Uşakov və Prezidentin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev də iştirak ediblər.
Görüşün əsas mövzusu Ukraynadakı münaqişənin həlli idi. ABŞ prezidenti Tramp əvvəllər nümayəndələrinin müharibəyə son qoymaq təklifləri ilə Moskvaya getdiyini bildirmişdi.
Rusiya paytaxtında danışıqlardan sonra Uitkoff və Kuşner Kiyevə getməyi planlaşdırırlar.
XXX
22:54 - Rusiya Prezidenti Putin ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin vasitəçilik missiyasını yüksək qiymətləndirdiyini bildirib.
"Əlbəttə ki, burada vasitəçiliyin keyfiyyəti və iştirak edənlərə etibar çox vacibdir. Sizə demək istəyirəm ki, birlikdə işləməkdən məmnunuq. Əlbəttə ki, bu işdə bizim tərəfimizdən yüksək səviyyədə etimad var”, - deyə Putin bildirib.
“Bizə məlumat verdiyiniz kimi, bilirəm ki, Moskvadan sonra Kiyevə getməyi planlaşdırırsınız. Hər halda, əlbəttə ki, nə olursa olsun, bu cür əlaqələr həmişə faydalıdır”, - deyən Putin Putin Ukraynadakı münaqişə və vəziyyətlə bağlı Rusiyanın baxışı barədə Amerika tərəfini məlumatlandırmağa hazır olduğunu bildirib.
"Bu gün bütün komponentləri, bütün aspektləri müzakirə edəcəyik və öz tərəfimizdən vəziyyəti necə gördüyümüz barədə sizə məlumat verməyə hazırıq" – deyə Putin şənbə günü bildirib.
Putin Trampın çətin vəziyyətə baxmayaraq, Ukrayna münaqişəsinin həlli səylərini dayandırmadığını bildirib: "Trampın ümumilikdə çətin vəziyyətə düşdüyünü anlayırıq, ancaq yenə də Rusiya-Ukrayna münaqişəsinin həllinə dəstək və həllinə töhfə vermək cəhdlərini dayandırmır. Bu gün biz onun bütün komponentlərini, bütün aspektlərini müzakirə edəcəyik".
Rusiya Prezidenti atəşkəs tələbinin Ukraynadan rəsmi kanallar - kəşfiyyat xidmətləri və Xarici İşlər Nazirliyi vasitəsilə gəldiyini və bu gün gecə yarısından Kiyevə heç bir hücum edilməyəcəyini bildirib.
“Müvafiq əmri verdim və bu gün gecə yarısından etibarən Kiyevə zərbələr dayandırılıb”, - deyə Putin bildirib.
“Qeyd etmək istərdim ki, Ukrayna tərəfi Rusiya Federasiyası ərazisinə, o cümlədən Moskvaya hücumlarını əhəmiyyətli dərəcədə, on qat arzaldıb”, - deyən Putin qeyd edib ki, Rusiya tərəfi Ukrayna ilə daha geniş atəşkəs barədə razılığa gəlməyib.
"Ukrayna hakimiyyəti üç günlük daha geniş atəşkəs çağırışı etdilər, lakin biz bu barədə onlarla heç vaxt razılığa gəlməmişik. Lakin danışıqlar prosesinin və sizin və bəlkə də sizi müşayiət edənlərin təmsil etdiyi vasitəçilərin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik" - deyə Putin vurğulayıb.
ABŞ Prezidentinin xüsusi elçisi Uitkoff isə qeyd edib ki, bu görüşdən əvvəl o, Cared Kuşner, prezidentin köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev Rusiya prezidenti ilə qarşılıqlı əlaqələrinin sonradan xatırlayacaqları "ən yaxşı və ən yaddaqalan təcrübələrdən biri" olacağını müzakirə ediblər.
Uitkoff həmçinin Rusiya prezidentinə keçmiş ABŞ dəniz piyadası Robert Gilmanın həbsdən azad edilməsinə görə ailənin minnətdarlığını çatdırıb. Rusiya dövlət başçısı cavab olaraq bildirib ki, onlar Prezident Trampa təşəkkür etməlidirlər; xahişi edən odur. Uitkoff isə bildirib ki, "Onlar Prezident Trampa təşəkkür ediblər, amma cənab Prezident, sizə də təşəkkür edirlər".
Trampın xüsusi nümayəndəsi Kiyevə hücumun müvəqqəti dayandırılması qərarına görə də Putinə təşəkkür edib: "Cənab Prezident, Rusiya Federasiyası olaraq, Kiyevə və ya Moskvaya heç bir hücum endirilməyəcəyi anlayışı ilə bu üç gün ərzində atəşkəsə razılaşdığınıza görə sizə təşəkkür etmək istəyirəm. Bu, bizə bu üç gün ərzində təhlükəsiz şəkildə buraya uçmağa imkan verir".
21:08 - Rusiya Prezidenti Vladimir Putin Ağ Evin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşə başlayıb və müzakirə olunacaq vəziyyətin mürəkkəb olduğunu qeyd edib.
"Sizi Moskvaya səmimiyyətlə salamlayıram. Əlbəttə ki, vəziyyət çətindir və biz bu gün bunu həll etməliyik", - deyə o, görüşün əvvəlində bildirib.
"Bunu etməyə başlamazdan əvvəl, xahiş edirəm ki, ən xoş arzularımı və təşəkkürümü Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Trampa çatdırasınız", - deyə Putin əlavə edib.
Danışıqlarda Rusiya tərəfindən Prezidentin köməkçisi Yuri Uşakov və Prezidentin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev də iştirak edirlər.
21:03 - Yalnız görüşün başlanmasını qısa informasiya şəklində yayan Rusiya mediası görüşün qalan hissəsinin qapalı gedəcəyini bildirib.
Görüşün ilk başlanğıcında Putin qonaqlara təşəkkür edib və onun salamlarının Trampa çatdırılnasını xahiş edib.
Tahir TAĞIYEV