Ukrayna şənbə günündən bazar ertəsinin sonuna qədər Moskvaya zərbə endirməkdən çəkinməyə hazırdır və Rusiyanın bu müddət ərzində Kiyevə zərbə endirməkdən çəkinəcəyini gözləyir. Bu sözləri Ukrayna Prezidenti Zelenski deyib.
Onun sözlərinə görə, ABŞ prezidentinin nümayəndələri ilə danışıqlardan sonra əldə edilib. Bundan sonra tərəflər danışıqlar prosesi ilə bağlı şəhərlərdə atəşkəsə əməl etməyə hazırdırlar.
Ukrayna prezidenti qeyd edib ki, Kiyev fəal diplomatik səylər göstərməyə davam edəcək. O bildirib ki, Ukrayna paytaxtına gələn Amerika nümayəndə heyəti ilə danışıqlar planı artıq razılaşdırılıb.
Tahir TAĞIYEV