ABŞ prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik səylərinin bir hissəsi olaraq Ukraynaya gəliblər.
Onların gəlişi iki elçinin Moskvada Rusiya lideri Putinlə üç saatdan çox danışıqlar aparmasından bir gün sonra baş tutub. Trampın nümayəndələrinin Ukraynaya səfəri, sülh razılaşması üzərində işləməyə başladıqdan bəri ilk səfəridir.
Prezident Zelenski ABŞ prezidentinin nümayəndələri ilə görüşdən əvvəl Ukrayna danışıqlar qrupu ilə görüş keçirdiyini bildirib. Bundan sonra Uitkoff və Kuşnerlə görüş başlayıb. Zelenski Kuşner və Uitkoffu Kiyevin mərkəzində, Sofiyska meydanında qarşılayıb.
Tahir TAĞIYEV