İran Suriya prezidenti Bəşər Əsədə və ailəsinə İslam respublikasında siyasi sığınacaq təklif edib. Baki-xeber.com-un Rusiya KİV-inə istinadən xəbərinə görə. bu barədə 24news xəbər yayıb.
Xəbərdə bildirilir ki, İranın kəşfiyyat naziri Mahmud Ələvi Əsədin bu təklifdən imtina etdiyini deyib. Ələvinin sözlərinə görə, Əsəd deyib ki, onun ailəsi "digər suriyalı ailələr kimi Dəməşqdə qalacaq”.
Daha öncə Suriya müxalifətinin "Hmeymim” qrupunun lideri İlian Masaad bildirmişdi ki, Əsəd gedərsə, ölkədə parçalanma baş verəcək.