İrəvanda rəsmi səfərdə olan RF xarici işlər naziri Lavrov cib telefonu ilə Ağrı dağının şəklini çəkib.
Xatırladaq ki, ondan öncə bu ölkənin Baş naziri Dmitri Medvedyev də İrəvana səfər etmiş və Ağrı dağının fotosunu çəkərək özünün instaqram səhifəsində yerləşdirmişdi.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Lavrovun Ağrı dağını telefonunun yaddaşına köçürərkən çəkilmiş fotosunu özünün facebook səhifəsində yerləşdirərək altına bu sözləri yazıb:”Ararat (Ağrı) dağı bu gün öz gözəlliyilə məftun etdi. S.Lavrov bu gözəlliyə dayana bilməyib onun fotosunu çəkdi”.
Ağrı dağı təbii ki, gözəldir, lakin məsələ ondadır ki, özünün işğalçı siyasətilə ilk öncə elə özünə zərər yetirən – on illərlə blokada şəraitində yaşayan bu ölkədə bu illər ərzində heç bir iqtisadi inkişafdan söhbət getmədiyi üçün gələn qonaqlar yalnız təbiətin bu regiona bəxş etdiyi gözəllikləri seyr etməklə kifayətlənməli olur. Axı ölkənin iqtisadiyyatı inkişaf eləməli, o inkişafın gətirdiyi qazanc insan əllərilə mözüzələr yaratmalı, ölkəni, paytaxtını gözəlləşdirməlidir. Məkri-tamahı üzündən özünü də inkişafdan qoyan bir toplum hansı möcüzəni və nəyin hesabına yarada bilərdi?
Belə görünür, bu gedişlə İrəvana gələnlər hələ uzun müddət Ağrı dağının fotosu ilə kifayətlənməli olacaq...
Baki-xeber.com