Xəzərin Türkmənistan sektorunda aid hissəsində , Həştərxandan təxminən 800 kilometr aralıda Rusiya tankeri yanıb. Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS agentliyi Rusiya FHN-in Cənub regional mərkəzinə istinadən xəbər yayıb.
Xəbərə görə, yanğın xəbəri Moskva vaxtı ilə saat 09:40-da mərkəzə daxil olub. 18 nəfərin təxliyyə edildiyi hadisə zamanı zərərçəkənin olmadığı bildirilir.
Eyni zamanda hadisə yerinə BE-200 təyyarə-amfibiyanın göndərildiyi xəbər verilir.