Ermənistanda yaşayan bu ölkənin üç qadın vətəndaşı Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğluna məktubla müraciət edərək onlara Azərbaycan vasitəsilə üçüncü ölkəyə keçməkdə kömək etməyi xahiş ediblər.
Milli.Az bildirir ki, bu barədə virtualaz.org-a məlumat verən Novella Cəfəroğlu deyib ki, müraciət edənlərdən biri Azərbaycandan qaçqın düşmüş ermənidir.
"O yazıb ki, ona və ailəsinə İrəvan erməniləri lağ edərək "beşinci kolon" hesab edirlər. Bu, Bakı ermənisi olan qadının və onun qohumlarının hələ də pasportu yoxdur və bunsuz işə düzəlmək mümkün deyil. Hər üç müraciət etmiş qadın Ermənistandakı vəziyyətindən çox narazıdır. Əlacsızlıqdan onlar bizdən Ermənistanın "Milli qurtuluş hərəkatı"nın rəhbəri Vaan Martirosyan və ailəsi olduğu kimi, Azərbaycana gəlməkdə və üçüncü ölkəyə ötürülməkdə kömək etməyimizi istəyirlər".
Müraciət edənləri Ermənistanda təhlükəli vəziyyətə salmamaq üçün N.Cəfəroğölu onların adlarını çəkmədi.