Aprelin 21-də Bişkek şəhər Meriyasının aparatında Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov və Bişkek şəhərinin meri Albek İbraimov arasında görüşüb.
Səfirlikdən baki-xeber.com-a verilən məlumata görə, görüşün əvvəlində səfir Albek İbraimovu Bişkek şəhərinin meri seçilməsi ilə bağlı təbrik edib.
Mer təşəkkür edərək Azərbaycanı çox sevdiyini, uzun müddət orada yaşadığını və səbirsizliklə günü-gündən çiçəklənən Bakı şəhərini yenidən görmək istədiyini bildirib.
Səfir Hidayət Orucov Bişkek meri Albek İbraimovu Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edib. Mer isə öz növbəsində dəvəti böyük məmnuniyyətlə qəbul edərək qeyd edib ki, Azərbaycan və Qırğızıstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir.
Səfir qeyd edib ki, qardaş ölkələr olan Qırğızıstanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi və dərinləşməsi istiqamətində son vaxtlarda çox irəliləyişlər nəzərə çarpsa da hələ mövcud potensialımızdan kifayət qədər istifadə etmirik, ancaq Bakı ilə Bişkek arasında birbaşa işbirliyi əlaqələri də gücləndirilə bilər.
Sonra hər iki tərəf iki paytaxtın əməkdaşlığının genişləndirilməsi üçün danışıqların davam etməsini vacib sayıblar.
Səfir qeyd edib ki, münasibətlərimizin inkişafı ölkə başçılarımızın maraq dairəsindədir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.