şənbə günü, 26 sentyabr 2026
     

Hardadı Azərbaycanın “romançıları”? -100 ən yaxşı romanın sırasında biz yox olduq...

Image


Əsəd Cahangir: “Bunun əsas səbəblərindən birini dil baryerində görürəm”

Hər bir xalqı dünyada tanıdan onun mədəniyyəti və ədəbiyyatıdır. Xalqlar var ki, onların ölkələrini yazılarının əsərlərinə görə tanıyırlar.

Həqiqətən də, bir çox ölkənin adı çəkiləndə ilk olaraq dünyanı öz əsərləri ilə fəth etmiş o ölkənin dahi yazıçıları və şairləri yada düşür. Dünyada ölkələri imzaları ilə tanıdan bəzi görkəmli yazıçıların adlarını qeyd edə bilərik. Məsələn, Azərbaycan dahi mütəfəkkir Nizami Gəncəvi ("Xəmsə"), qəzəl ustadı Məhəmməd Füzuli və müasir nəsrin görkəmli nümayəndəsi Anar kimi simalarla tanınır. Kolumbiyanı sehrli realizmin banisi sayılan Qabriel Qarsia Markes ("Yüz ilin tənhalığı"), Rusiya psixoloji təhlilin zirvəsi Fyodor Dostoyevski ("Cinayət və cəza") və Lev Tolstoy ("Hərb və sülh"), Fransa romantizmin və realizmin nəhəngləri Viktor Hüqo ("Səfillər") və Onore de Balzak ("Bəşəri komediya"), Böyük Britaniya ingilis dilinin simvolu Uilyam Şekspir ("Hamlet") və detektiv janrının yaradıcısı Artur Konan Doyl ("Şerlok Holms"), Amerika Birləşmiş Ştatları sadə və təsirli dili ilə seçilən Ernest Heminquey ("Qoca və dəniz")Yaponiya sehrli realizmi incəliklə işləyən Haruki Murakami ("Norveç meşəsi"), Almaniya İohann Volfqanq Höte ("Faust"), İspaniya müasir romanın əsasını qoyan Migel de Servantes ("Don Kixot") əsərləri ilə məşhurdur.

Ekspertlərə görə, hər bir yazıçı öz xalqının mentalitetini, tarixini və dünyagörüşünü əsərlərinə köçürərək, ölkəsinin ədəbi səfirliyinə çevrilir.

Bu məsələnin bir tərəfi. Digər tərəfdən, dünyanın məşhur yazılarının yaratdığı romanlar müxtəlif vaxtlarda siyahılara düşür. Məsələn, dünyanın ən yaxşı 100 romanı siyahısına düşən əsərlər kimi.

"The Guardian" nəşri tarixin ən yaxşı 100 romanının siyahısını dərc edib. Reytinqdə birinci yeri Corc Eliotun "Midlmarç: Əyalət həyatının araşdırılması" romanı tutub. Siyahıda ikinci pillədə amerikalı yazıçı Toni Morrisonun 1987-ci ildə nəşr olunan "Sevilən" əsəri qərarlaşıb. Roman Ceyms Coysun məşhur modernist əsəri "Uliss"i geridə qoyub. İlk onluğa həmçinin Virciniya Vulfun "Mayaka doğru", Marsel Prustun "İtirilmiş zamanın axtarışında", Lev Tolstoyun "Anna Karenina" və "Müharibə və sülh", Şarlotta Brontenin "Ceyn Eyr", Ceyn Ostinin "Qürur və qərəz" və Qustav Floberin "Madam Bovari" romanları daxil edilib. Reytinqdə həmçinin Frensis Skott Fitsceraldın "Böyük Qetsbi", Çarlz Dikkensin "Soyuq ev", Herman Melvillin "Mobi Dik", Corc Oruellin "1984", eləcə də Qabriel Qarsia Markesin "Yüz ilin tənhalığı" əsərləri yer alıb.

Tarixin ən yaxşı 100 romanı sırasına Azərbaycandan niyə heç olmasa bir əsər düşə bilmədi? Bunu nə vaxta qədər biz cəmiyyətin, millətin problemi olaraq göstərəcəyik? Məsələn, bəlkə də dünyanın ikinci bir yerində Azərbaycandakı qədər yazıçı yoxdur. Bu sahədə Azərbaycan qədər də bərbad ikinci bir ölkə yoxdur. Bu qədər yazan var. Niyə bu məsələ ətrafında Azərbaycan Yazıçılar Birliyi bir müzakirə açmır? Bəlkə bizim yazıçılara qarşı dünyada düşmənçilik edirlər? Bəlkə bizdə elə romanlar var ki, onların dünya arenasına çıxmasına mane olurlar, qərəz nəticəsində onlar dünyaya çıxa bilmir? Ən azından, AYB bu məsələni niyə müzakirə etmir ki, tarixin 100 romanın içində Azərbaycan yazıçısının kitabı nə vaxt olacaq və niyə olmur? Niyə onlar sırasında Azərbaycandan bir sanabllı roman yoxdur?

Müzakirəyə çıxardığımız mövzu ilə bağlı ədəbi tənqidçi Əsəd Cahangir baki-xeber.com-a bildirdi ki, bunun öz səbəbləri var, amma bu Azərbaycanda yaxşı roman yoxdur anlamına gəlmir, ölkəmizdə olduqca maraqlı ədəbi əsərlər yaradılıb. ““Bakı-xəbər” qəzetinin sayın Baş redaktoru və kollektivi!

Bədii ədəbiyyata diqqətin zəiflədiyi indiki durumda bu müzakirəni açdığınız üçün öncə sizə minnətdarlğımı bildirirəm. Sualınızın cavabına gəlincə, bizim dünya səviyyəli əsərlərimiz var, özü də yetərincə! İlk ağlıma gələnləri deyirəm: İsa Muğannanın “İdeal”, Sabir Əhmədlinin “Qanköçürmə stansiyası”, Yusif Səmədoğlunun “Qətl günü”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Elçinin “Baş”, Mövlud Süleymanlının “Köç”, Fərman Kərimzadənin “Axırıncı aşırım”, Sabir Azərinin “Dalanda”, Afaq Məsudun “İzdiham”, İsi Məlikzadənin “Quyu”, Məmməd Orucun “Oyun havası”, Azər Abdullanın “Qəməlidən keçən qatar”, Kamal Abdullanın “Yarımçıq əlyazma”, Aslan Quliyevin “Rusiyadan gələn qardaş”, Həmid Herisçinin “Solaxay” və sair...

Bəs, necə deyərlər niyə Biləcəridən o yana keçə bilmirik?

Bunun əsas səbəblərindən birini dil baryerində görürəm. Dünya bizim dilimizi bilmir. Türk dili dünya dilləri sırasına daxil deyil. Biz dünyaya ya fars, ya da rus dili vasitəsilə çıxmışıq. Birinciyə örnək olaraq Nizamini, ikinciyə nümunə kimi Axundovu göstərmək olar.

İkinci səbəbi Azərbaycanın dünya siyasi mənzərəsində rolunun önəmli olmamasıyla bağlıdır”.

Ə.Cahangir vurğuladı ki, hətta 30 illik Qarabağ olayları belə Azərbaycan ədəbiyyatını dünyada populyarlaşdırmadı. “Üçüncüsü, indi qələm xristianların əlindədir. Onlar İstanbulun fəthini türklərə bağışlamır və heç vaxt bağışlamayacaqlar. Türkiyəni Avropa İqtisadi Birliyinə ona görə qəbul eləmirlər. Türk yazıçısı yalnız vətənə, milli ideallara dönük çıxacağı halda dünyaya çıxa bilər. Bunun ən bariz örnəyi ermənilərdən üzr istəyən və Nobel alan Orxan Pamukdur.

Bəs, nə etməli? Məncə, bu ayrı-ayrı fərdlərin görəcəyi iş deyil. Ədəbiyyatımızın dünya meridinalarına çıxması ddövlət siyasəti səviyyəsində həll oluna bilər. “Avrovizion” musiqi yarışmasında necə birincilik qazandıqsa, ədəbiyyatda da elə dünyaya çıxa bilərik. Bir şərtlə ki, dövlət ədəbiyyatın arxasında dursun. Çünki bu iş hazırkı qlobal dünyada yetərincə maddi resurs tələb eləyir və bu yazıçının imkanı dışındadır”-deyə Ə.Cahangir qeyd etdi.

İradə SARIYEVA

P.S Mövzu müzakirəyə açıqıdır.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ