YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş, layihə rəhbəri Aygün Əzizovanın olduğu "İşıq Sürətində Xəbər" mövzusunda tədbir keçirildi.
Tədbirdə XeberTime.az saytının rəhbəri Yeganə Telmanqızı, İlkxeber.org saytının rəhbəri Xanoğlan Əhmədov, “Təzadlar” qəzetinin redaktoru Yasəmən Məmmədova, “Bakı-Xəbər” qəzetinin redaktoru Samirə Səfərova, Fact.info saytının rəhbəri Raci Səfərov, Ay Media Company şirkətinin rəhbəri Almaz Yaşar, jurnalist Cəfər Cəfərov, XeberEkspress.az saytının operatoru Xatirə Məmmədova, Bayraqdar.info saytının əməkdaşı Nadir Azəri, Dunyaxeber.com saytının rəhbəri Dünya Əliyeva iştirak edirdilər.
Eyni zamanda tədbirə rəssamlar – ARTFLOOW Tədris Mərkəzinin rəhbəri Günay Məmmədova, AEİSM Brendinin rəhbəri Aygün Kamilqızı, Massivi Brendinin rəhbəri Sevinc Hüseynova, gənc rəssamlar Günal Məcidsoy, Zeynəb Əzizli, ehtiyatda olan baş gizir Könül Əzimova qatılmışdı Milli Mətbuatımızın 151 illik şərəfli yoluna ehtiram əlaməti olaraq, il boyunca təşkil edilən ictimai tədbirlərdə, sərgilərdə nümayiş etdirdiyi xüsusi fəallığa və təşəbbüskarlığa görə təltif olundular.
Tədbirdə iştirak edən media nümayəndələri Beynəlxalq Qalereya ilə əməkdaşlığa və gənc nəslin vətənpərvərlik ruhunda, Azərbaycançılıq ideologiyasında tərbiyə olunması üçün təşkil olunmuş sərgi-tədbirlərin işıqlandırmasında göstərdikləri dəstəyə görə təltif olundular.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova 22 İyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib uğurlar arzuladı.
Jurnalistlər çıxışlarında Beynəlxalq Qalereyanın Azərbaycanda və xaricdə vətənimizi yüksək səviyyədə təmsil etməsindən söz açıb, gələcək fəaliyyətində uğurlar arzuladılar.
Sonda xatirə hədiyyələri təqdim olunub fotolar çəkildi.