İranın Moskvadakı səfiri Kazem Cəlali Hörmüz boğazından keçən Rusiya gəmilərinə xüsusi rejim tətbiq edəcək.
"Təbii ki, xüsusi rejim dost ölkələrə də tətbiq olunur və tətbiq olunmağa davam edəcək"- diplomat TASS-a bildirib. O, iki ölkə rəsmilərinin, o cümlədən Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və digər qurumların nümayəndələrinin daim əlaqə saxladığını deyib. "Çünki İran və Rusiya arasında əməkdaşlığın əhatə dairəsi çox genişdir"- Cəlali əlavə edib. Xatırladaq ki, ABŞ-ın İran ərazisinə kütləvi hərbi hücumları səbəbindən Fars körfəzi ilə Oman körfəzi arasında ticarət gəmiçilik tranziti faktiki olaraq dayandırılıb.Tehran ABŞ hücumları tamamilə dayandırılana qədər Hörmüz boğazını açmaqdan imtina edib. ABŞ isə gəmilərə dəyən ziyanı İranın dondurulmuş aktivlərindən kompensasiya edəcəyini bəyan edib.
SAMİRƏ